Əsas Səhifə > Hadisə, Manşet > 2-ci qrup əlilin şikayətinə baxan yoxdur
2-ci qrup əlilin şikayətinə baxan yoxdur31-07-2017, 09:55 |
Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovda artıq şikayətini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova deyil, ölkə Prezidentinə edəcək. Ötən gün Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntqam Əliyevin fəaliyyətindən narazı olan sakinlərin bir neçəsinin, o cümlədən Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovun artıq şikayətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova deyil, ölkə Prezidentinə edəcəkləri ilə bağlı redaksiyaya məlumat daxil oldu. Xatırladaq ki, DSMF-nin İmişli rayon şöbəsində baş verən hadisələrlə bağlı meda davamlı olaraq şikayətçilərin audio – müsahibələrini dərc edir. Məsələnin ən qəribə tərəfi isə bu qurumun da tabe olduğu ƏƏSMN hələ ki, şikayətçilərin müraciətinə hər hansı rəsmi reaksiya verməyib. Conflict.az-ın bir neçə gün öncə dərc etdiyi məlumatda Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovun artıq ikinci dəfə cənab nazirə müraciət ediyi qeyd edilirdi. Oxucuların diqqətinə çatdıraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümov təyinatının məhz ilk günlərindən ictimaiyyət tərəfindən edilən müraciətlərə, bu strukturda çalışan dövlət görəvlisinin yanlış hərəkət və ya davranışlarına operativ və qanunlara müvafiq formada reaksiya verən nazir obrazı yaradıb. Lakin DSMF-nin İmişli rayon şöbəsi ilə bağlı edlən son müraciətlərin cavabsız qalması bu qurumun rəhbəri İntiqam Əliyevin idarəçilik metodundan narazı qalan rayon sakinlərini ölkə başçısına müraciət etmək məcburiyyətində qoyub. Mövzuya qayıdacağıq. Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyırıq və münasibətlərini dərc etməyə hazırıq. Geri qayıt |