Əsas Səhifə > Hadisə, Manşet > Zamin durmağına peşman oldu...
Zamin durmağına peşman oldu...29-07-2017, 11:26 |
Hörmətli redaksiya! Mən, Eyvazov Çingiz Siracəddin oğlu, 2008 -ci ilin dekabr ayında Kapital bankın Göyçay filialında kredit götürən bir vətəndaşa zamin durmuşam. Kreditin məbləği 5000 manatdır. Bank, üstündən beş il keçəndən sonra, 2013-cü ilin ortalarında Göyçay rayon məhkəməsində iddia qaldıraraq, pulun geri qaytarılması barədə tələb irəli sürmüşdür. Məhkəmə həmin işlə əlaqədar Mülki Prosessual Məcəllənin müvafiq maddəsinə əsasən mənə də zamin kimi rəsmi bildiriş göndərməli olduğu halda, bu qayda pozulmuş və mən heç vaxt bildiriş almamışam, Daimi Göyçay rayonunun Qarabaqqal kəndində yaşamağıma və oranı tərk etməməyimə baxmayaraq,poçt təşkilatı mənə bildiriş təqdim etməmişdir. Mən, əgər həmin bildirişi alsaydım, məhkəmədə iştirak edər, zaminliyin müddətinin xeyli ötməsi ilə bağlı vəsatət qaldıraraq, ona xitam verilməsinə nail olardım. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477 -ci maddəsinin 04 -cü bəndində aşkar qeyd edilmişdir ki,zaminlik müqaviləsində onun başa çatması vaxtı müəyyən edilməmişdirsə, əsas borclunun öhdəliyinin vaxtının çatdığı gündən bir il müddətinə pulu verənin,yəni burada Kapitalbankın zaminə iddia qaldırmadığı halda zaminliyə xitam verilməlidir. Mənim halımda, əsas borclunun müqaviləsi 2008-ci ildə bağlanmış, 2009-cu ilin dekabrında isə həmin müqavilənin müddəti bitmişdir. Deməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477 -ci maddəsinin 04-cü bəndinin tələbinə uyğun olaraq, bankın iddia qaldırmaq müddətinin sonu 2010-cu ilin dekabr ayına təsadüf edir. Halbuki, bank iddianı yalnız 2013-cü ildə qaldırmışdır. Bu da o anlama gəlir ki, zaminlik avtomatik olaraq qüvvəsini itirmişdir, Hörmətli redaksiya! Mən, məhkəmənin olması barədə məlumatı yalnız o zaman bildim ki, 2017 -ci ilin fevral ayında Kapitalbankın mərkəzi ofisindən mənə zəng vurularaq, əmək haqqı kartıma tutma yöməldiləcəyi bildirildi. Dərhal, araşdırma apardım, buna uyğun olaraq da,aidiyyatı üzrə Nəsimi rayon məhkəməsində Kapitalbanka iddia qaldırdım. Əsl "məhkəmə -şou "da burdan başladı. İddia ərizəsinə əsasən 01 may 2017-ci il tarixinə hazırlıq iclası təyin olundu.Mən,işlərimlə bağlı nümayəndə təyin edərək onu iclaslara göndərdim.Hakim Pərviz Hüseynov hazırlıq iclasından sonra, cəmi iki iclas kecirmiş,hər iki iclas cəmi bir -iki dəqiqə çəkmişdir. Son iclası isə 03 iyul tarixinə təyin etmişdi. O,bu iclaslarda faktların çılpaqlığı ilə göz önündə olmasına baxmayaraq, zaminliyə xitam verilməsi barədə qərar qəbul etmək əvəzinə süründürməçilik etmiş, sonda isə elə bir absurd qərardad çıxarmışdır ki, bu, onsuz da, mətbuatda adı yaxşı hallanmayan hakimlik sisteminə çox gülünc bir tarix əlavə etmişdir. Mənim nümayəndəm son iclasın təyin edildiyi 03 iyul tarixində saat 15-50 dəqiqədə məhkəmə zalında olmuş, iclas keçirilmişdir. Möhtərəm Pərviz Hüseynov,qəflətən ona işin baxılmamış saxlanması barədə qərardad çıxaracağını bildirmişdir. İşin baxılmamış saxlanması artıq son iclasda o zaman qəbul oluna bilər ki,iddiaçı tərəf,onun iştirakı olmadan işə baxılmasını xahiş etməsin və iclasa da üzrsüz gəlməsin. Mənə qərardadın rəsmi surəti yetişdikdə şok keçirdim, nümayəndəmin, bəlkə iclasda olmadığı barədə şübhələndiyim anlar da oldu. O, isə məndən bu barədə araşdırma aparmaq üçün Ədliyyə naziri Fikrət Məmmədova müracət etməyimi tələb etdi. Mənə dedi ki, son iclasın keçirildiyi 03 iyul tarixində saat 15-50 dəqiqədə Pərviz Hüseynovun oturduğu zalda başqa vətəndaşların da mülki işlərinə baxılırdı.Həmin tarixdəki sənədlər qaldırılsa,vətəndaşlar mənim zalda olduğumu təsdiq edəcəklər. Hətta, misal da gətirdi. 20-ci sahədə hansısa məktəbin işdən azad olunmuş qadın direktorunun şikayətinə baxıldığını, həmin müəllimənin nümayəndəmə zalda içməyə su verdiyini də bildirdi. Digər misallar da cəkdi və sübutlara hazır olduğunu dedi, Hörmətli redaksiya! Çox xahiş edirəm, bu, hakimlik sisteminin adına qara ləkə kimi yapışan hadisənin müxbir araşdırmasını apararaq, dərc edəsiniz. Qoy hamıya dərs olsun. Hörmətlə :Çingiz Eyvazov. Göyçay rayonu Qarabaqqal kəndi. Geri qayıt |