Əsas Səhifə > Hadisə, Manşet > Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...28-07-2017, 09:46 |
Bu gün paytaxtın Yasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri "Elite City" MMC tikinti şirkətinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Sputnik Azərbaycan-ın əməkdaşı əraziyə gedərək şikayətçi sakinləri dinləyib. Sakinlər bildiriblər ki, ərazidə problemlər mart ayında ağacların kəsilməsi ilə başlayıb. Sonradan məlum olub ki, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başıçısı İbrahim Mehdiyev ərazidə 14 mərtəbəli, iki bloklu binanın tikilməsi üçün sərəncam veribmiş. Ərazi sakini Emil Abbasovun bildirdiyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məktuba əsasən, ərazidə bina tikilməsinə sərəncam verib. Sonradan ərazi sakinləri Komitəyə müraciət ediblər. Araşdırma aparıldıqdan sonra Komitədən Yasamal Rayon İcra Hakimiyyətinə, ərazidə çoxmərtəbəli binanın tikintisinin məqsədəuyğun olmadığı tövsiyyə edilib. "İbrahim Mehdiyev işdən azad edilsə də, verdiyi sərəncam qüvvədə qalır və Komitəsinin ikinci məktubuna heç kim əhəmiyyət vermir" — E. Abbasov qeyd edib. Hazırda binanın tikintisi nəzərdə tutlan ərazidə 3 fin evi var. Həmin evlərdə 24 ailə məskunlaşıb. Tikinti şirkəti fin evlərinin sakinləri ilə razılığa gəlib. Lakin fin evləri ərazidə olan 3 ədəd 9 mərətəbli binanın həyətində olduğu üçün, 14 mərtəbəli binanın tikilməsi də həmin 9 mərtəbəli binaların arasında nəzərdə tutulur. Binalardan birinin sakini Cəmaləddin Fərhadovun sözlərinə görə, qanunla binalar arasında məsafə binanın hündürlüyü və eni toplanaraq ikiyə vurularaq hesablanır: "Bizim binalar arasında isə 58 metr məsafə var. Yəni bu kiçik ərazidə çoxmərtəbəli bina tikilsə, bizim nəfəs almağa yerimiz qalmayacaq". "Binamızın arxasında 16 mərtəbəli bir bina tikilir, 14 mərtəbəli bina da öndə tikilsə, bizim binalar gün işığından məhrum olacaq. Uşaqlarımız üçün oynamağa da yer yoxdur" — C. Fərhadov əlavə edib. Ərazidə yaşayan Gülnar Əliyeva da uşaqlıqdan bu ərazidə yaşadığını deyir: "Əvvəllər burada həyətdə fəvvarə, müxtəlif meyvə ağacları vardı. Həyətimiz cənnətə bənzəyirdi. İndi vəziyyəti görürsünüz, burada bina tikilsə, addım atmağa yer qalmayacaq". Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İbrahim Mehdiyevə ünvanladığı məktubİbrahim Mehdiyevin verdiyi son sərəncamYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblər Digər sakin Dilavər Sultanov qeyd edir ki, artıq 3 binanın sakinləri 1 saylı İqtisad Məhkəməsinə müraciət ediblər: "Artıq məhkəməyə müraciət etmişik. Gözləyirik, görək, nə qərar veriləcək. Özünüz də görürsünüz ki, binaların həyətində çoxmərtəbəli bina tikilməsi üçün yer yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-cü məktubunda qeyd edilir ki, ərazidə üçmərtəbəli qeyri-yaşayış binası tikilə bilər. Biz isə həyətimizin yaşıllaşdırılmasını istəyirik. Yaşlı vaxtımızdır, nəfəs almağa yer tapmırıq". Sakinlərin hüquqlarının müdafiəçisi Habil İsgəndərovun Sputnik Azərbaycan-a vediyi məlumata görə, ərazidə 3 ədəd 9 mərtəbəli və bir ədəd 5 mərtəbəli bina var: "Mən həm də ərazi sakiniyəm. Həyətimiz qapalı həyətdir. Burada 3 ədəd ikimərtəbəli fin evi var. Həmin evlərdə 24 ailə yaşayır. Bizim binalarda isə 300 ailə yaşayır". "İndi bir tikinti şirkəti ortaya çıxıb, mart ayında gəlib ağacları kəsdilər. Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev işdən azad edilməmişdən bir həftə öncə fin evlərinin yerində, həyətin içində 14 mərtəbəli binanın tikilməsi üçün sərəncam verib. Sakinlər də həyətdə yeni bir binanın tikilməsinə qarşıdırlar. Çünki burada yeni bina tikilsə, ayaq atmağa yer qalmayacaq. Sərəncamın ləğvi üçün artıq məhkəməyə müraciət etmişik" — İsgəndərov qeyd edib. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında birmənalı olaraq göstərilir ki, rayon icra hakimiyyəti tikintiyə yalnız Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini almaqla icazə verə bilər. Lakin Komitə tərəfindən təqdim olunmuş məktublardan da göründüyü kimi, Dövlət Komitəsi həmin həyətdə yaşayış binasının tikintisinə müsbət rəy verməyib. "Biz həmin ərazidəki fin evlərinin sökülməsinə etiraz etmirik. Əksinə, həmin binaların sökülməsini və ərazinin abadlaşdırılmasını istəyirik. Lakin, həyətimizdə 14 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə təbii günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq. Qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Nəzərə alınmalıdır ki, göstərdiyimiz binalarda 300-dən çox mənzil var və hər mənzildə orta hesabla 4-5 sakin yaşayır. 1200-1500 sakinin yaşadığı binaların yeganə çıxış imkanı, şəhərə çıxışı üçün yolu keçən həyətdə hündürmərtəbəli binanın tikintisi bizim öz mənzillərimizdə rahat, sanitar-epidemioloji şəraitdə yaşamağımızı məhdudlaşdıracaq. Avtomobillərin saxlanması üçün park yerləri, uşaqların çıxması, oynaması, yaşlıların istirahəti üçün başqa bir yer yoxdur. Bizim binalar 3 tərəfdən — Ə.Cəmil, Şəhriyar və Z.Xəlilov küçələri, bir tərəfdən də elə həmin “ELİTE CİTY” MMC-nin hazırda tikintisini davam etdirdiyi 16 mərtəbəli 4 bloklu yeni tikili ilə əhatələnib" — deyə İsgəndərov əlavə edib. Qeyd edək ki, etiraz aksiyasınını gedişi zamanı əraziyə Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramov gələrək baxış keçirib. Həmçinin, həyət ölçülüb, qeydə alınıb. Bura yenidəb baxış keçirilməsi də planlaşdırılır. Aksiya zamanı fin evlərinin sakinləri ilə digər binaların sakinləri arasında qarşıdurmanın yaranmaması üçün əraziyə Yasamal Rayon Polisinin Çevik Polis Alayının əməkdaşları da cəlb edilib. Geri qayıt |