Əsas Səhifə > Hadisə, Manşet > Cavid Qurbanov ADY-ni borc burulğanından qurtara biləcəkmi?

Cavid Qurbanov ADY-ni borc burulğanından qurtara biləcəkmi?


20-07-2017, 11:34
Cavid Qurbanov ADY-ni borc burulğanından qurtara biləcəkmi?
Bildimiz kimi, Dünya Bankı “Dəmir yol ticarəti və nəqliyyatın dəstəyi” layihəsi çərçivəsində məsləhətçi axtarışı barədə 1 uyun 2017-ci il tarixdə bir elan yaymışdı. İki həftədən sonra artıq layihənin Azərbaycandaki tərəfdaşı olan “Azərbaycan Dəmir Yolları” QSC bu elanı məlumat kimi xarici KİV-lərə göndərdi.
Azərbaycan mediası və ekspertlər artıq ADY-ni Beynəlxalq Bankdan sonra ikinci restrukturizasiyaya məruz qalacaq dövlət şirkəti hesab etməyə başladılar. Elana görə, iqtisadi məsləhətçinin əsas işi “gələcək kapital qoyuluşların maliyyəşdirilmə imkanların öyrənilməsi və mövcud olan öhdəliklərin yenidən maliyyəşdirilmə mexanizmlərin hazırlanması” idi. Başqa sözlə müşavirin əsas işi borcların “restrukturizasiya”sı olacaq.

Neft gəlirləri ilə paralel artan xarici borclar

Restrukturizasiya məruz qalacaq dövlət şirkətləri sırasında ADY ikinci olmaq üçün önəmli addım atdı. İndiki vəziyyətin bünövrəsi isə neft gəlirləri artan dövrdə qoyulmuşdu. Məhz o dövrdə, dövlət şirkətləri beynəlxalq maliyyə institutlarının aktiv tərəfdaşlarına çevrilmişdilər. O zaman pul “çox idi” deyə gələcəkdə bu kreditlərlə bağlı problemlərin olması barədə heç kim fikirləşmirdi. Belə dövlət şirkətləri arasında aktiv yeri ADY tuturdu. 2008-ci ilin martında ölkə dəmir yol şəbəkəsinin modernləşdirilməsi və inkişafı çərçivəsində Dünya Bankından (onun struktur bölmələrindən olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından) 450 milyon dollar həcmində kredit aldı.
Layihə 2010-ci ilin mart ayında 4 illik müddətə təsdiqləndi. BYİB ilə barəbər layihədə həm Azərbaycan tərəfi də iştirak etməli idi. Ümumiyyətlə bu kredit birbaşa ADY ilə yox, faktiki olaraq məhz Azərbaycan hökuməti ilə bağlanıb. Çünki ADY hesabatından göründüyü kimi, bu kredit çərçivəsində əldə edilən vəsaitlər Azərbaycan hökuməti tərəfindən yatırılan “sərmayə” kimi göstərilir. Eyni zamanda Azərbaycan tərəfi də layihənin 345 milyon ABŞ dollarlıq hissəsini təmin etməli idi. Çünki layihənin ümumi dəyəri 795 milyon ABŞ dolları təşkil edirdi.

Vəsaitlər xərclənsə də ADY hədəflərə çatmayıb

Lakin bir müddət keçdikdən sonra məlum oldu ki, Azərbaycan tərəfi bu vəsaitləri yatıra bilmir. Buna görə 2013-cü ilin iyununda layihənin uzadılması barədə qərar qəbul olundu və BYİB daha bir 220 milyon ABŞ dolları həcmində kredit ayırdı. Bu kredit çərçivəsində ADY 50 lokomotiv əldə etməli idi. Eyni zamanda hər iki kreditin bitmə müddəti kimi 2017-ci ilin 31 dekabrı müəyyən olunmuşdu. Amma bu kreditlə problemlər artıq 2017-ci ilin martında başlanıb.
30 iyun 2017-ci il tarixinə olan məlumata görə, kredit çərçivəsində 4.7 milyon ABŞ dolları həcmində axırıncı ödəniş martda edilib və o vaxtdan etibarən ADY ödənişləri dayandırıb. Eyni zamanda BYİB-in məlumatına görə, Səhmdar Cəmiyyət kreditin əsas məbləğinə görə 282.3 milyon ABŞ dolları ödəməlidir. Bu məbləğə faizlər aid deyil. Belə ki, birinci kredit illik 8.02%, ikinci kredit isə illik 1.24%-lə götürülmüşdü. İndiyə kimi, bu kreditlər üzrə biz 407 milyon ABŞ dolları alınıb. Layihənin problemlər həm də texniki müstəvidə müşahidə olunur. Layihənin əsas hissəsi keçməsinə baxmayaraq, bir çox məqsəd göstəricilərə nail olmaq alınmayıb Cavid Qurbanov ADY-ni borc burulğanından qurtara biləcəkmi?

Azərbaycan Dəmir Yolları da borc içindədir-

Bu göstəricilərin çoxu texnikidir və ildən ilə dəyişə bilər. Əsas effektivlik göstəricilər isə məqsədlərdən çox uzaqdır. Əslində layihə bu ilin sonundan bitməli idi, amma yerləşdirilmiş elandan görünür ki, yeni məsləhətçi ən azı 8 aylıq dövr üçün lazımdır. Bu isə layihənin artıq 2018-ci ilin ortalarına kimi uzaldılması barədə deyir. Eyni zamanda ödənişlərin qrafikindən göründüyü kimi, ümumi olaraq ödənişlər 2018-ci ilin 4-cü rübündə bitməlidir.
Onu da qeyd etmək lazımdır ki, bu layihə dünya mediasının diqqət mərkəzinə birinci dəfədir ki, düşmür. Belə ki, indi İsveçdə bu layihə ilə bağlı cinayət işi qaldırılıb. Məhz bu layihə çərçivəsində korrupsiya faktının olması İsveç hüquq-mühafizə orqanlarını maraqlandırıb. Belə ki, 2013-cü ilin iyulunda Bakı-Böyük Kəsik dəmir yolu koridorunun yenidən qurulması ilə bağlı tenderdə bir neçə şirkətdən ibarət konsorsium (Rusiya “RJD” və İsveç “Bombardye” şirkətlərin ortaq müəssisəsi olan “Bombardye Transportation” Ltd, “Bombardye Transportation Sweden” AB və “Trans-Signal-Rabita” LLC) qalib gəldi. Yalnız bu müqavilənin həcmi 266.7 milyon manat təşkil edib. Hesabata görə isə Konsorsium ümumi olaraq 268.6 milyon ABŞ dolları, 91.8 milyon İsveç kronu və 44.6 milyon manat (ümumi olaraq indiki məzənnə ilə 524 milyon manat) həcmində 78 ay ərzində müxtəlif işlər yerinə yetirməli idi.

Layihə ilə bağlı cinayət işi açıldı

Adı çəkilən tender çərçivəsində, konsorsium dəmir yollarda köhnəlmiş siqnal avadanlığını dəyişdirməli idi. Tenderdə iştirak etmək üçün, İsveç, Rusiya, İtaliya, Çexiya, Türkiyə və hətta Koreya Xalq Demokratik Respublikasının şirkətləri müraciət etmişdi. Ən azı 4 təklif konsorsiumun təklifindən ucuz idi, amma rəsmən “şərtlərə cavab vermədiyinə görə” digər təkliflər rədd edilmişdi. “Panama sənədləri”ndən məlum oldu ki, tenderin şərtləri məhz sözügedən konsorsium iştirakçılarının təklifinə uyğun qurulmuşdu və məlum oldu ki, avadanlığın qiyməti isə 5 dəfə artırılmışdı. Maraqlıdır ki, bu konsorsium bir neçə belə tipli tenderlərdə qalib gəlib (Rusiya, Monqolustan və s.), amma yalnız Azərbaycan ilə bağlı korrupsiya işi qaldırılıb. Bununla belə, Azərbaycanda bununla bağlı heç bir cinayət işi qaldırılmayıb.

ADY borc götürməkdə davam edir

Baxmayaraq ki, 400 milyon ABŞ dollarına yaxın borcu var, ADY beynəlxalq maliyyə bazarında aktiv iştiraka davam edir. 2017-ci ilin büdcəsinə edilən dəyişikliklərdən məlum oldu ki, Fransa İnkişaf Agentliyi "Azərbaycan Dəmir Yolları" QSC üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə 112.5 milyon avro (217.1 milyon manat) məbləğində kredit ayırır.
Bu kimi səbəblərə görə Azərbaycanın 2017-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi təsdiq olunmuş 500 milyon manatdan 4.5 milyard manatadək artırdı. Həmin limitin kəskin artırılması xarici dövlət borclanması üzrə gözlənilən öhdəliklər - Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması məqsədi ilə 2383.4 milyon ABŞ dolları həcmində avrobondların emissiyası (4099.4 milyon manat) və iki ədəd lokomotiv deposunun tikintisi üzrə Fransa İnkişaf Agentliyindən ADY üçün nəzərdə tutulan 112.5 milyon avro (217.1 milyon manat) məbləğində kreditlə bağlıdır.
Eyni zamanda ADY Asiya İnkişaf Bankı (AİB) ilə də 200 milyon ABŞ dolları məbləğində başqa bir krediti müzakirə edir. Bu kredit isə Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsi ilə bağlıdır.

ADY maliyyə hesabatları dərc etmir

“Azərbaycan Dəmir Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 15 fevral 2010-ci il qərarına görə, şəffaflığın təmin edilməsi üçün cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.
Nizamnamə tələblərinə baxmayaraq artıq 6-cı ildir ki, ADY illik maliyyə hesabatlarını öz internet səhifəsində dərc etmir. Yalnız Dünya Bankın saytında ADY-in 2015-ci il üzrə maliyyə hesabatı ingilis dilində yerləşdirilib. Halbuki, Nizamnaməsinə uyğun olaraq ADY artıq 2016-cı ilin hesabatını dərc etməli idi.

ADY-in 2015-ci il üzrə maliyyə hesabatı isə göstərir ki, Səhmdar Cəmiyyətin azalan yeganə öhdəliyi vergilərlə bağlıdır. Belə ki, həmin il üzrə vergi öhdəliyi 238.9 milyon manatdan 66.4 milyon manata kimi azalıb ki, bu da əslində borcların silinməsinin nəticəsidir. ADY-in uzunmüddətli öhdəliklərin həcmi isə 245.8 milyon manatdan 733.9 milyon manatadək, qısamüddətli öhdəliklərin həcmi isə 58.7 milyon manatdan 224.9 milyon manata kimi artıb. Beləliklə də, 2015-ci ilin yekunlarına görə ADY-nin öhdəliklərin ümumi həcmi 958.8 milyon manat təşkil edib.
Borclar bununla yekunlaşmır
Maliyyə hesabatı göstərir ADY-nin həmçinin maliyyə lizinqi üzrə də öhdəlikləri var. Amma qeyd etməliyik ki, maliyyə lizinqi yük vaqonlarının alınması ilə bağlı deyil. Məlumat üçün bildirək ki, 2015-ci il ərzində şirkət 2789 vaqon alıb. Eyni zamanda müqaviləyə görə qalan 312 çoxfunksianallı yük vaqonunu “Uralvaqonzavod” 2016-ci ildə çatdırıb.

Eyni zamanda, ADY 2015-ci ildə 50 sərnişin vaqonunu Hanseatic Transport LLC-dən 6.5 ilə 12%-lə, 4 elektrik lokomotivini Hanseatic Rail LLC-dən 6.5 ilə 4%-lə və 10 dizel lokomotivini BRK Leasing LLC-dən 10 ilə 5.85%-lə olmaqla maliyyə lizinqi ilə əldə edilib. Maliyyə hesabatı göstərir ki, 2015-ci ilin axırına lizinq öhdəliklərinin ümumi həcmi 97.3 milyon manat təşkil edir.

Bütün bunlarla yanaşı, sonrakı dövrdə də ADY-nin borclanması davam edib. Mətbuatda dərc olunan məlumatlara görə, 25-26 fevral 2016-ci il tarixlərində Çexiyadan olan iki müəssisə ilə Ceska Sporitelna, A.S. və Ceskoslovenska Obchodni Banka A.S. ilə kredit sazişi imzalanıb. Kredit sazişlərinin ümumi həcmi 146 milyon 51 min avrodur və kreditlər Euribor+1.45% dərəcəsi ilə əldə edilib.
Beləliklə də BYİB-in və Fransa İnkişaf Agentliyin kreditləri də nəzərə alınmaqla ADY-nin ümumi borc öhdəlikləri təxminən 2.1 milyard manat təşkil edir. Səhmdar Cəmiyyətin ümumi aktivlərin həcmi isə 2.9 milyard manat təşkil edir və göründüyü kimi, şirkətin yalnız kredit öhdəlikləri aktivlərin təxminən 69% təşkil edir.

Toğrul Maşallı, iqtisadçı
AFN.az

Geri qayıt