Əsas Səhifə > Hadisə, Manşet > “Bazarstore”da bir malın pulunu müştəridən iki dəfə aldılar, sonra da...
“Bazarstore”da bir malın pulunu müştəridən iki dəfə aldılar, sonra da...12-07-2017, 10:07 |
“Azərsun” Holdinqin tərkibinə daxil olan “Bazarstore” supermarketlər şəbəkəsindən şikayət var. AFN-ə müraciət edən iş adamlarından biri bildirir ki, “Bazarstore”un “ParkBulvar”da yerləşən mağazasından alver edib. Adının müəyyən səbəblərdən açıqlanmasını istəməyən şikayətçinin sözlərinə görə, olay elə bundan sonra baş verib: “Təsadüfən çekə baxanda gördüm ki, eyni ştrix kodla olan malın pulunu 1 ədəd almağıma baxmayaraq, iki dəfə vurublar. Yəni, bir malın – “Gillette Fusion Cart” – 24,65 qəpiklik qiymətini iki dəfə vurublar qəbzə. Təzədən marketə qayıtdım və administratoru çağırıb izahat tələb etdim. Tutarlı əsasları olmadı və fərqli bəhanələr gətirdilər. Daha sonra “dosta zəng” elədilər. Həmin adamla türkcə danışdıq, məni çaya-filana dəvət etmək istədi. Dedim, qardaş, sağ ol,dəvət üçün, amma mən sizi bir halda bağışlayaram ki, kimsəsiz uşaq evlərindən birinə 1000 manatlıq bazarlıq aparasız mənim iştirakımla, əks halda, bu faktı ictimailəşdirəcəm. Əvvəlcə razılaşdı, dedi ki, uşaq evinə “bir-iki şey” apara bilərik, dedim yox, 1000 manatlıq bazarlıq aparırsızsa gedək, razılaşmadılar. Dedilər get hüquqi müstəvidə apar mübarizəni”. Şikayətçi deyir ki, mağaza funksionerləri əvvəlcə problemi etiraf edib texniki səbəblərdən qaynaqlandığını etiraf etsələr də, sonradan bunun satıcının səhvi olduğunu deyiblər: “Dedilər satıcının səhvi ucbatından belə olub, gəl pulunu qaytaraq, mən də götürmədim, dedim aidiyyatı qurumlara müraciət edəcəm ki, bir daha belə soyğunçuluğa yol verməyəsiz. Bu məsələni ictimailəşdirməkdə məqsədim odur ki, imkansız adamlar belə hallarla üzləşməsinlər. Həmçinin aidiyyatı qurumlar hərəkətə keçsinlər və bu cür fırıldaqların qarşısını alsınlar, belə hərəkətlər hüquqi qiymətini alsın”. Həmsöhbətimiz onu da bildirdi ki, məhkəməyə müraciət edib təzminat davası açacaq: "Əgər iddiam təmin edilsə aldığım təzminatı uşaq evlərindən birinə bağışlayacam. Adımın açıqlanmasını da ona görə istəmirəm ki, deməsinlər özünü reklam edir". Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini təqdim etməyə çalışacağıq. Geri qayıt |