Əsas Səhifə > Hadisə, Manşet > Nazim İbrahimovun yola salınacağı deyilir
Nazim İbrahimovun yola salınacağı deyilir27-06-2017, 10:59 |
DİA.AZ: - Ramazan bayramından sonrakı ilk öngünlükdə Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifəsindən azad olunacaq. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, İbrahimovun gedişi ilə bağlı qərarın verilməsində Rusiyada və Ukraynadakı diaspora işlərindəki ciddi uğursuzluqlar müstəsna rol oynayıb. Mənbənin söylədikləri: "Nazim İbrahimov birbaşa olaraq bu işə məsuldur. Doğrudur, o, iddia edə bilər ki, Rusiyadakı qalmaqallı şərait birbaşa olaraq dövlətlərarası münasibətdən qaynaqlanır. Amma işin təşkili məsələsi də həlledici faktordur. Ona görə də yaxasını heç cürə kənara çəkə bilməyəcək". Geri qayıt |