Əsas Səhifə > Hadisə, Manşet > İcra başçısından şikayət VAR
İcra başçısından şikayət VAR16-06-2017, 10:58 |
Vətəninfo.Az-a Saatlı rayon Məzərli kəndindən 10 nəfər kənd sakini adından ölkəmizin birinci vitse prezidenti,Heydər Əliyev Fondunun prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ünvanlanmaq üzrə şikayət müraciəti daxil olub. Müraciətdə kənd sakinləri Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun onların problemlərinə göz yumması, kənd sakinlərinin hüquqi baxımdan haqlı olduqları halda,haqsıs göstərilmələrinin qarısını almaqdansa,imkanlı şəxslərin tərəfin tutması qeyd edilir. Qeyd edək ki,bu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla bağlı redaksiyamıza ilk daxil olan şikayət deyil və bu günə kimi dəfələrlə haqqında müxtəlif səpkili şikayətlər ölkə mediasında dərc olunmasına baxmayaraq, ölkə prezidneti cənab İlham Əıliyevin yerdəki nümayəndəsi olduğunu undan Siraqəddin Cabbarov,əksinə daha məmurluğunu unudur və daha çox həlbə-zorba gələn kimi aparır.Görünür cənab Cabbarov onun kimi özünü aparan məmurların aqibətin görmür.Görmür ki, sadə kənd insanlarının hüquqların tapdalayan,vətəndaşalrın problemlərinə xor baxan məmurlar necə və hansı şəkildə vəzifələrindən uzaqlaşdırılıblar. Ona görə də, redaksiya olaraq Məzərli kənd sakinlərinin müraciətin olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Saatlı rayon Məzərli kəndində yaşayan,bu müraciəti imzalayan sakinlər adından Müraciət Çox Hörmətli Mehriban xnım! Bildiririk ki,kolxozlarda torpaq islahatı aparılan zaman çöl pay torpağımızdan hər bir ailə üzvünə görə 0,18 ha torpaq ayrılaraq mal-qaralarımızın otarılması üçün ayrı örüş sahəsi yaradılmışdır.12-13 ildir həmin örüş torpaları bir neçə imkanlı şəxlər tərəfindən zəpt olunub,yonca əkilir.Bu isə qanuna ziddir.Biz sakinlər bununla əlaqədar bütün yerli orqanlara və bəzi əlaqədar Respublika təşkilatlarına müraciət edərək onlardan bu məslənin həll olunmasın xahiş etsək də nədənsə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və onun rəhbərlik etdiyi RİH-nin məsul şəxsləri bu məslənin ədalətlə həll olunmasına imkan vermir. Ona görə də məcbur olub sizə müraciət edirik. Hörmətli Mehriban xanım Artıq dərəcədə xahiş edirik bu məsələnin qanunauyğun həll olunmasına köməklik göstərəsiniz. Redaksiyadan: Kənd sakinlərinin ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları bu müraciətə cavabı olacaqsa,dərc etməyə hazırıq. Geri qayıt |