Əsas Səhifə > Hadisə, Manşet > “Nep future” şirkətinin arxasında kimlər dayanır ?

“Nep future” şirkətinin arxasında kimlər dayanır ?


13-06-2017, 11:22
“Nep future” şirkətinin arxasında kimlər dayanır ?
Azərbaycanda son illər xeyli sayda müxtəlif adda energetik içkilər ölkə bazarına daxil olub. Və bu içkilərdən milyonlarla insanlar istifadə edir.

Ümumiyyətlə, dünyanın bir çox ölkələrində energetik içkilər adi məhsula çevrilib.

Düzdür, dünyanın hər yerində energetik içkilərin xeyirli və daha çox ziyanlı tərəfləri barədə ekspertlər, həkimlər həyacan siqnalı çalır.

Amma bütün bunlar Qafqaz Xəbər Agentliyi olaraq bizim bu yazımızın mövzusu deyil.

Məlumat üçün qeyd edək ki, energetik içkilərin reklamında, o cümlədən, haqqında bəhs etmək istədiyimiz “Carabao” içkisi haqqında qeyd olunur ki, insana qeyri-adi güc verir, yüksək enerji bəxş edir, insanda yüksək əhval-ruhiyyə yaradır, hətta “Asiya camışı” qədər güclüdür və s. Yəni bütün reklamlar energetik içkilərin qeyri-adi gücündən bəhs edir.

Amma bu o demək deyil ki, energetik içkilər ölkə QANUN-larına da güc gəlməli, ölkə qanunlarını “Asiya camışı” kimi öz ayaqları altına atmalıdır.

Bəli, bu yazımızda məhz energetik içkini, daha dəqiq desək, “Carabao”nun Azərbaycan qanunlarını tapdalamasından bəhs edəcəyik.

Qısaca məlumat üçün bildirək ki, xeyli vaxtdır “Carabao” içkisi supermarketlərdə sərbəst şəkildə vətəndaşlara satılır.

Amma ölkəyə idxal edilən məhsullara sertifikat verən qurumlar, o cümlədən Səhiyyə Nazirliyinin nəzdindəki Sanitar-Karantin Müfəttişliyi birmənalı qeyd edir ki, qurum tərəfindən məhsula gigiyena sertifikatı verilməyibsə, onun ölkə ərazisində satışı qadağandır.

Amma Müfəttişliyin bildirdiyinə görə, bu içkiyə Müfəttişlik tərəfindən iyun ayının 7-də gigiyena sertifikatı verilib.

Onda ortaya sual çıxır: Bəs neçə aydır bu içki vətəndaşlara hansı əsasla satılır..?

Deməli ölkənin qanunu pozulur.

Bütün ekspertlər qeyd edir ki, idxal olan məhsul onun mənşəyi ilə bağlı sənədlə birgə daxil olmalıdır.

Belədirsə, alıcılar içkinin sertifikatını tələb edəndə niyə sənəd alıcılara təqdim olunmur..?

Biz hələ QANUNSUZ satışda olan içkilərin üzərində Azərbaycan dilində istehsal tarixi, yararlıq müddəti ilə bağlı bircə sözün olmamasından danışmırıq.

Axı, bu ölkənin Əsas Qanununda qeyd olunub ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir.

Bu halda daha bir qanun pozulur.

Digər tərəfədən içkinin üzərindəki yazıdan heç nə başa düşməyən Azərbaycan alıcısı, nə içdiyini necə bilsin..?

Bir sözlə bu energetik içki bütün qanunlarımızı ayaq altına alır.

Hələ bu harasıdır..?

Xeyli vaxtdır, bu içki Murad Dadaşovun müəllifi olduğu “Maşın Şou” verilişində bəh-bəhlə reklam edilir.

Bu halda reklamçıların dediyi kimi “Reklam haqqında” qanun da pozulur.

Axı, reklamçılar reklam etdikləri məhsulun ən azı gigiyena sertifikatını tələb edə bilərdilər, qanuni satışa icazə verildiyi haqqında sənəd istəyərdilər.

Bunların heç biri ortada olmadığı halda ATV telekanalı “Maşın Şou” verilişində bu içkini reklam edir.

Digər tərəfdən elektron portallar bu içkini reklamlarını öz səhifələrində yerləşdirib.

Media ekspertləri də qeyd edir ki, peşəkar reklamçılar mütləq reklam etdikləri məhsulların mənşəyi ilə bağlı rəsmi sənəd tələb etməlidirlər.

Bütün bu qeyd etdiyimiz sənədlər ortada olmaya-olmaya xeyli müddətdir bu energetik içkilər supermarketlərdə satılır.

Bunu supermarketlərin işçiləri də bildirir.

Bəs bu içkinin gücü nədədir ki, Azərbaycanın bütün qanunlarını ayaq altına ala bilir..?

Doğrudanmı bu içkinin belə gücü var..?

Bu energetik içkinin üzərində Asiya camışının şəkili həkk olunub.

Amma Azərbaycan qanunlarını pozmağa nə Asiya camışının, nə də energetik içkinin gücü çatmaz.

Bütün bunların arxasında bu içkini Azərbaycana idxal edən “Nep future” şirkəti dayanırmı..?

Əlbəttə şirkətin özlüyündə buna gücü çatmaz.

Bəs bu güc nədir..?

Bunlar kimlərdir..?

Bu barədə növbəti yazıda bəhs edəcəyik.

Qafqaznews.az

Geri qayıt