Əsas Səhifə > Hadisə, Manşet > “AzGranata” MMC məhsulları keyfiyyətini niyə itirir?

“AzGranata” MMC məhsulları keyfiyyətini niyə itirir?


5-06-2017, 09:37
“AzGranata” MMC məhsulları keyfiyyətini niyə itirir?
Bildiyiniz kimi,Azərbaycan Prezidentinin sahibkarlara diqqət və qayğısı yeni iş yerlərinin açılması fonunda,ən ucqar rayonlarımızın belə sosial-iqtisadi inkişafına güclü təkan vermişdir.Bu diqqət və qayğı ən kiçik sahibkarların belə istehsal etdikləri məhsulları nəinki ölkə daxilində,hətta ölkə hüdudlarından kənarda belə tanıtım və satışına şərait yaratmışdır. Lakin bəzi sahibkarlar Cənab Prezidentin diqqət və qayğısından sui-istifadə etməyə çalışırlar.

Bu yazımızda söhbət açacağımız sui-istifadə edən müəssisələrdən biri Az-Granata MMC şirkətidir. Bu yaxınlarda Az-Granata zavodunda böyük bir oğurluq hadisəsi baş vermişdir. Orada çalışan bir neçə mühafizəçi əlbir olub,satışa hazır olmayan spirtli içkiləri bir neçə kafe və restoranlara ucuz qiymətə satarkən yaxalanmışdır. Hal-hazırda onlar barəsində cinayət işi yekunlaşmadığı üçün həmin şəxslərin adları və cinayət işinin gedişatını sizə açıqlaya bilməyəcəyik. Amma bugünki yazımızda Az-Granata şirkətində istehsal olunan məhsulların keyfiyyət cəhətdən aşağı olmasından,insanlara dəyərindən baha qiymətə satılmasından və orada çalışan işçilərə edilən haqsızlıqlardan danışacağıq. Bir çox telekanallarda kimlərəsə arxalanaraq yüksək keyfiyyət adı altında Az-Granata məhsulları xalqa sırınır. Neft Şirkətinin vitse-prezidenti,əslən Ağsu rayonundan olan Mikayıl İsmayılovun sponsorluğu və nəzarətində olan Vita1000 şirələri və digər məhsulları əvvəlki illərlə müqayisədə get-gedə öz keyfiyyətini itirmişdir və bu keyfiyyətsizlik təbii ki,insanlar arasında narazıçılığa səbəb olmuşdur. Az-Granata zavodunun direktoru Nazim adlı şəxs məhz Mikayıl İsmayılovun yaxın qohumudur.Texnologiya cəhətdən savadı olmayan bu şəxsin işi keyfiyyətə nəzarət yox,ancaq öz şəxsi mənafeyi üçün tutduğu mövqedən istifadə etməkdir. Mənbədən aldığımız məlumata görə,zavodda baş verən oğurluq hadisəsində məhz zavod direktorunun birbaşa əli olmuşdur,lakin Mikayıl İsmayılovla qohumluq əlaqələrinə görə bu oğurluq hadisəsində onun adının hallanmasının qarşısı alınmışdır.Şirkətlə bağlı şikayətlər bununla da bitmir. Şirkətdə çalışan fəhlələr arasında verilən maaşlarla bağlı şikayətlər olsa da,şirkət rəhbərliyi bu şikayətləri ciddiyə almayaraq işçilərin haqqını kəsməyə davam edirlər.Bütün bu olanlarla bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. (xəbərAl.az)

Geri qayıt