Əsas Səhifə > Hadisə, Manşet > Əlillərdən sədrə qarşı ciddi ittiham
Əlillərdən sədrə qarşı ciddi ittiham11-05-2017, 10:36 |
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü cəmiyyətin sədri Simyar Abdullayevdən narazıdır. Onlar bununla bağlı “Qafqazinfo”ya müraciət ediblər. Şikayətçilər iddia edirlər ki, qurumun Nərimanov rayonu Faiq Yusifov 40 küçəsində yerləşən ərazisi sədr tərəfindən özəl MTK-ya satılıb. Belə olan halda isə ev növbəsində olan gözdən əlillərin mənzillə təminatı reallaşmaya bilər. Cəmiyyətin sədri Simyar Abdullayev isə qeyd edib ki, deyilənlərin heç bir hüquqi əsası yoxdur: “Ərazilərin satılmasından söhbət gedə bilməz. Lazım olsa, bütün hüquqi sənədləri ictimaiyyətə təqdim edə bilərik”. dia-az.site problemlə bağlı videosüjeti təqdim edir: Geri qayıt |