Əsas Səhifə > Hadisə, Manşet > Energetika Nazirliyindəki şöbə müdirinin “əmmaları”

Energetika Nazirliyindəki şöbə müdirinin “əmmaları”


3-05-2017, 08:36
Energetika Nazirliyindəki şöbə müdirinin “əmmaları”
Artıq xeyli müddətdir ki, ölkə rəhbəri cənab İlham Əliyev məmur özbaşınalığına qarşı mübarizə tədbirlərini gücləndirir və bu yöndə lazımi addımlarını da atır. Çox təəssüflər olsun ki, hələ də elə vəzifə sahibləri var ki, verilmiş tapşırıqlardan nəticə çıxartmır və daşıdıqları vəzifələrindən şəxsi məqsədlərinin həlli üçün də istifadə edirlər. Belə vəzifə sahiblərindən birinin də, Energetika Nazirliyi Lisenziya şöbəsinin müdiri Rafiq İbrahimovun olduğu bildirilir. Xoşagəlməz hal odur ki, son vaxtlar bəzi mətbu orqanlarda adı çəkilən şəxsin dövlət başçısının vermiş olduğu tapşırıqlara xilaf çıxması və daşıdığı vəzifəsindən sui-istifadə etməsi haqda silsilə açıqlamalar işıq üzü görməkdədir. Dərc olunan açıqlamalarda Rafiq İbrahimovun yaxın çevrəsinə daxil olan şəxslərin adlarına rəsmiləşdirdiyi və dəyəri milyon manatlarla ölçülən malikanələrə, komfortlu mənzillərə, müxtəlif yönümlü ticarət və xidmət obyektlərinə, bahalı avtomobillərə sahib olduğu bildirilir. O hal da unudulmur ki, bu şəxs halal qazancı ilə bu qədər var-dövlətə heç cür sahib ola bilməz. Yəni, Rafiq İbrahimov daşıdığı vəzifəsinə görə aylıq 890 manat maaş alırsa, o halda sual oluna bilər ki, bu şəxs sahib olduğu var-dövləti necə əldə edib? “Gündəm Xəbər”in əldə etdiyi ilginc məlumatlara görə, qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, hətta neft və neft məhsullarının, təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazəni almaq üçün, adı çəkilən şöbəyə müraciət edən hər kəs ilk növbədə Rafiq İbrahimovun "bığının altından" keçməlidir ki, niyyətini “çin” edə bilsin. 2015-ci ildə isə ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı fərman əsasında, ölkəmizdə neftin və mavi qazın satışı üçün lisenziya tələb olunması ümumi siyahıdan çıxarıldıqdan sonra, yanacaqdoldurma məntəqələri Rafiq İbrahimovun əsarətindən azad olundu. Əldə etdiyimiz digər səhih məlumatlara görə, hakimiyyətin yuxarı eşelonuna yaxın olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə bürokratik əngəllər törətmək iqtidarında olmayan, əksinə onlar haqda daxil olan məlumatları etibarlı qoruyan, həmçinin himayələrinə sığınan şöbə müdirinin fiziki və hüquqi şəxslərlə, hansı ki, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərlə sıx bağlılığının olduğu da bildirilir. Digər məlumata görə, Rafiq İbrahimovun rəhbərlik etdiyi şöbə lisenziyasız neft və qaz məhsullarının satışı ilə məşğul olan hüquqi və fiziki şəxsləri, hətta bu işlə qanunsuz məşğul olanları aşkarladıqda, ilk əvvəl onlarla məxfi sövdələşməyə gedir və fəaliyyətlərinə göz də yumur. Elə ki, söz-söhbətlə bağlı "anlaşılmazlıq ab-havası" yaranır, o halda qarşı tərəflə bağlı lazımi tədbir də görülür. Yəqin ki, belə bir addımlarına görə hələ bir müddət bundan əvvəl Sahibkarlar Konfederasiyasının sabiq sədri Ələkbər Məmmədov bildirmişdi ki, "bu gün elə sahələr var ki, rüşvət verməsən heç vaxt lisenziya əldə edə bilməzsən.
Xüsusilə də yanacaq və energetika sahəsi ilə bağlı olduqda". “Gündəm Xəbər”ə sızan başqa bir məlumatlara görə, Rafiq İbrahimov çalışdığı nazirlikdə həmkarları ilə küsü saxlayır, intriqalar yaradır və digər xoşagəlməz addımlarını da atır. Məsələn, verilən məlumatlarda o da bildirilir ki, bu şəxs Energetika Nazirliyi Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqovla heç cür yola getmədiyindən, ayrı-ayrı şəxslərin yanında ondan qisas alacağını da bildirir. Bu şəxsin xoşagəlməz addımlarından biri də ondan ibarətdir ki, o, daşıdığı vəzifəsindən və az-çox olub-qalan nüfuzundan istifadə edərək, dövlət qulluqçusunun adına, mənsub olduğu familiyanın şəninə yaraşmayan obyektlərə havadarlıq da edir. Həmin obyektlər fəaliyyətləri ilə əsas profillərindən uzaqlaşdığından, məhz göstərdikləri əlavə xidmətlər qanunsuz olmaqla bərabər, həm də cəmiyyət içərisində ikrah hissi doğuran, ciddi narazılığa səbəb olan fəaliyyət növləri olsa da, bu gün Rafiq İbrahimovun atdığı addımlar dillər əzbərinə də çevrilməkdədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt