Əsas Səhifə > Hadisə, Manşet > “Kapital bank” vətəndaşın canını boğaza yığıb
“Kapital bank” vətəndaşın canını boğaza yığıb15-04-2017, 10:15 |
“Vacibdir elə evimizin içinə girib başımızı kəssinlər? Son ümid yerimiz olan pensiyamı, uşaq bağçasında işləyən, 1 aylıq əməyi qarşılığında 150 manat qazanan həyat yoldaşımın pulunu sistemə salıb ələ keçirilər. Bu terror deyil? Digər müsəlman ölkələrində İŞİD, Azərbyacanda banklar əhalini doğrayır, dövlətdən narazı salır” - İmişli rayon sakini Tofiq Əhmədov bir çox dövlət orqanlarına müraciətlərində belə deyir. KİV-ə ünvanladığı müraciətində qeyd edir ki, 2013-cü ilin dekabrında “Kapital bank”dan 5 min manat kredit götürüb. Zamin həyat yoldaşı Gülbəniz Əhmədova olub. Kredit götürərkən İmişli rayon Suvarma Sistemləri İdarəsində texnik vəzifəsində işləyib. 2014-cü ilin iyununda işdən çıxarılıb. Bundan sonra krediti ödəməkdə davam edib. 2015-ci il iyuluna qədər hər ay kredit borcunu 193 manat ödəyib. Bundan sonra gəliri olmadığından kredit borcunu ödəməsində çətinlik yaranıb. “Kapital bank” 2016-cı ilin yanvarında məhkəməyə müraciət edib. İmişli rayon Məhkəməsinin hakimi Ülvi Qəmbərov “Kapital bank”ın verdiyi kredit borcuna əlavə 1291 manat faiz borcu hesablanması haqda iddiasını təmin edib. Tofiq Əhmədov 2016-cı ilin iyun ayında həmin məhkəmə əmrindən İmişli Rayon Məhkəməsinə şikayət edib. Xahiş edib ki, vəziyyəti nəzərə alınsın, faiz borcu silinsin, əlavə borc hesablanması dayandırılsın: “Ailə başçısıyam, işsizəm. Himayəmdə 6 nəfər var. Bu günə qədər dövlətdən hər hansı bir müavinət almamışam. İmişli Rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam. Mən krediti ödəyə bilmirəmsə, əlavə 1291 manat faiz borcunu necə ödəyə bilərəm? Hakim vəziyyətimi nəzərə aldı, həmin əlavə hesablanan 1291 manat borcu sildi, əlavə faiz hesablanmasının dayandırılması haqda qərar verdi. Bankın nümayəndəsi Elnur Nəsirov isə bu qərardan narazı qaldı. Qərardan verdikləri apelyasiya şikayətində yazırlar ki, bank pulu depozit olaraq digər vətəndaşdan alıb. Mənə 5 min manat kreditə qol çəkdirib 4 min 600 manat pul veriblər. Hər ay da əsas borc və 23 faiz əlavə geri alıblar. Mən götürdüyüm öhdəliyi yerinə yetirməkdən qəsdən yayınmıram. Gəlirim olanda ödəmişəm. Bank həmin pulu digər vətəndaşdan 2 faizlə alıb, mənə 23 faizlə verib. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov 2017-ci ilin martında işə baxdı və mühasibat ekspertizasının keçirilməsi haqda qərar çıxardı. Amma iş üzrə ekspertizanın təyin edilməsi doğru deyil. Bank əlavə 1291 manat faiz hesablayıb.Pulum olsaydı, müqavilə üzrə öhdəliyimi yerinə yetirərdim. Məhkəmə isə ekspertiza təyin edib, hesablanmış əlavə faiz məbləğinin aydınlaşdırılmasını, dəqiqləşdirilməsini ekspertlər qarşısında sual olaraq qoyub. Üstəlik 150 manat da əlavə ekspertiza xərcini məndən tələb edəcəklər. Mən kredit borcumun 40 faiz həcmində tutulmasının əleyhinə deyiləm. Bank bizim ailənin cüzi gəlirini belə 100 faiz həcmində əlimizdən almaqla bizim elə belə də ağır olan maddi durumumuzu fəlakətə çevirir.". Məsələ ilə bağlı bankın da mövqeyini dərc etməyə hazırıq. \\musavat.com\\ Geri qayıt |