Əsas Səhifə > Hadisə, Manşet > "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində görünməmiş qanunsuzluq
"Qırmızı Körpü" gömrük-keçid məntəqəsində görünməmiş qanunsuzluq12-04-2017, 08:56 |
"Gündəm Xəbər" redaksiyasına ən çox şikayət daxil olan rayonlardan biri də Qazax rayonudur. Qazax sakinlərini növbəti dəfə redaksiyamıza müraciət etməyə məcbur edən səbəbbu rayon ərazisində yerləşən "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində baş verənlərdir. Sakinlərin bildirdiyinə görə, burada vəziyyət günü-günüdən pisləşir. Sakinlərşikayət məktubunda bu yaxınlarda baş verən bir hadisəni ictimaiyyətin diqqətinə çatdırmağımızı xahiş edirlər: "Vətəndaşlarla apardığımız danışıqlardan məlum oldu ki, gömrük məntəqəsində insanlar yersiz incidilir, haqsız olaraq onların mallarının əllərindən alınıb anbarlara qoyulması halları davam edir. Həmin mallar anbara qoyularkən, müvafiq akt tərtib olunmasına baxmayaraq, vətəndaşların özmallarını geri alması çətinliklə başa gəlir. Və ya vətəndaşların malları ümumuyyətlə geri qaytarılmır. Vətəndaşların öz hüquqlarını bilməməsindən də gömrük əməkdaşları istifadə edirlər. Qanunsuz olaraq anbara aparılan mallar onlar aqaytarılmır. Həmin malların kimlər tərəfindən mənimsənildiyi də məlum deyil". Daha sonra sakinlərkonkret faktdan da bəhs edirlər: "Bu yaxınlarda vətəndaşlardan biri kənd təsəruffatında, daha dəqiqi bitkiçilikdə istifadə olunan dərman gətirirdi. Həmin dərman Səid adlı gömrük işçisi tərəfindən qanunsuz olaraq saxlanıldı.Malı saxlayan həmin növbə rəisi rüşvət kimi həmin dərmanın 50 ədədini özü üçün istəyib. Buna dərman gətirən vətəndaş tərəfindən razılıq verilməyib. Buna görə də dərmanlar qanunsuz olaraq, onun əlindən alınıb və anbara qoyulub. Həmin vətəndaş bitki dərmanını geri götürmək istəyərkən, malı gətiren vətəndaşlarla birlikdə dərmanın Gürcüstan gömrük orqanlarına bu, gürcülərin gülüşünə səbəb oldu. Bu səbəbdən mallar yenidən Azərbaycan gömrüyünün ambarına qaytarılmışdır. Ertəsi gün vətəndaş malını ambardan götürmək üçün oraya gedib və dərmanlar ona qaytarılıb. Lakin həmin dərmanların 59 ədədi gömrük əməkdaşları tərəfindən mənimsənilib". Şikayət müəllifləri bildirirlər ki, həmin dərmanların gətirilməsi üçün heç bir rüsum tələb olunmur: "59 ədəd dərmanı mənimsənilən vətəndaşisə onları heç cür geri ala bilmir. Hörmətli redaksiya, xahiş edirik ki, Qazax rayonu "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində çalışan gömrük əməkdaşlarının bu özbaşınalığını öz qəzetinizdə işıqlandırasınız". Geri qayıt |