Əsas Səhifə > Hadisə, Manşet > Dövlət xəstəxanalarındakı rezidentlərə 3 aydır ki, maaş verilmir
Dövlət xəstəxanalarındakı rezidentlərə 3 aydır ki, maaş verilmir4-04-2017, 09:39 |
Dövlət xəstəxanalarında çalışan rezidentlərə 3 aydır ki, maaş verilmir. Bu haqda AZXEBER.COM-a rezidentlərin özü məlumat verib. Onların dediyinə görə, 2017-ci il gələndən maaş üzünə həsrətdilər. Tələbələr rəhbərliyə şikayət ediblər və aldıqları cavab belə olub: "Büdcədə pul yoxdur, pul köçürüləndə sizə də veriləcək". Tələbələr həmçinin qeyd edib ki, maaşı Tibb Universitetinin Terapiya şöbəsi, Mərkəzi Klinikada rezidentura təhsili alan tələbələri alıb, digər xəstəxanalrda isə maaş verilmir. Həmçinin tələbələrə deyilib ki, maaşınız verilsə belə 3 ayın deyil, ən yaxşı halda 2 ayın maaşı veriləcək. Geri qayıt |