Əsas Səhifə > Hadisə, Manşet > "Atəşgah" sığorta vətəndaşın pulunu mənimsəyib
"Atəşgah" sığorta vətəndaşın pulunu mənimsəyib6-02-2017, 09:01 |
RegionXeberleri.com-a Sümqayıt şəhəri 1-ci mikrarayon ev 9/11, mənzil 42-də yaşayan Qarayeva Zərniyar Səttar qızı tərəfindən ərizə daxil olub.Narazı vətəndaş mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanova müraciət edir. "Cənab direktor 14 iyul 2016-cı il saat 13.40 radələrində oğlum Qarayev Zaur Vahid oğlu etibarnamə ilə idarə etdiyi "Union Lizinq" ASC-ə məxsus "Samand Soren"markalı 99 AC 448 dövlet qeydiyyat nişanlı avtomobillə Sahil -H. Z. Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 23-cü kilometrliyində hərəkətdə olarkən, idarə etməni itirərək avtomobili aşırmışdır. Qəza nəticəsində maşında olan şərnişin həyat yoldaşım Qarayev Vahid Qulluqçu oğlu dünyasını dəyişmişdir.Mən sərnişinlərin fərdi qəza sığortasına uyğun olaraq dünyasını dəyişmiş şəxsin qanunu varisi kimi həyat yoldaşım Qarayev Vahid Qulluqçu oğluna ölümündən sonra düşən sığorta pulunu almaq üçün "Atəşgah" sığorta şirkətinə müraciət etdim.Şirkətdən mənə bildirdilər ki, dünyasını dəyişmiş həyat yoldaşıma sığorta pulu düşmür. Səbəbini isə İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanunun 7 maddəsini göstərirlər.Deyirlər ki, 7-ci maddəyə əsasən ata oğulun idarə etdiyi maşında dünyasını dəyişdiyi üçün həyat yoldaşım Qarayev Vahid Qulluqçu oğlunun ölümünə görə sığorta pulu ödənilməyəcək. Cənab direktor mən bu işlə bağlı sizə ikinci dəfədir ki, mətbuat vasitəsilə müraciət edirəm.Birinci müraciətimdən sonra özlərini Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi adlandıran şəxslər bir neçə dəfə mənə zəng edib maraqlanıblar.Sonuncu dəfə mənə zəng edən şəxs məndən muqavilənin sürətini istədi.Mən vatsap vasitəsilə müqavilənin sürətini ona göndərdim.Bundan xeyli vaxt keçsədə hələdə mənə cavab verilməyib.Qeyd edim ki, mən rəsmi olaraq 11 dekabr 2016-cı ildə sizin rəhbərlik etdiyiniz palatanın elektron ünvanına müraciət etmişəm.Bu müraciətimdəndən iki aya yaxın vaxt keçib.Mənim mətbuatla və sizin rəhbərliyiniz altında olan palatanın elektron ünvanı vasitəsilə sizə etdiyim müraciətlər cavabsız qalıb.Səbəbini bilmirəm. Cənab direktor xahiş edirəm mənim müraciətlərimin araşdırılmasına və həyat yoldaşım Qarayev Vahid Qulluqçu oğluna fərdi qəza sığortası ilə bağlı "Atəşgah" sığorta şirkətindən verilməli olan sığorta pulunu, dünyasını dəyişənin hüquqi varisi kimi almağıma köməklik edəsiniz". Geri qayıt |