Əsas Səhifə > Hadisə, Manşet > Xətai rayonunda görünən DÖVLƏT QAYĞISI...
Xətai rayonunda görünən DÖVLƏT QAYĞISI...4-02-2017, 10:26 |
DİA.AZ: - Təbii ki, kimsə faciədən, fəlakətdən sığortalanmayıb. Bu gün yaşadığımız dünyada baş verənləri müşahidə etdikdə ilk ağlana gələni “şükür Azərbaycanımıza, bugünkü yaşamımıza” deməyə də bilmirik. Bunda isə Azərbaycanı idarə edən, Azərbaycanda mövcud olan siyasi sistemin rolu müstəsnadır, birbaşadır, - desək, yanılmarıq. Bəli, bu bir faktdır ki, bu gün Azərbaycan xalqı bir neft və müsəlman ölkəsinin sakinləri olaraq özlərini ən ideal şəraitdə hiss edirlər. Dünyanı bizlər yönəltmirik və maləsəf ki, dünyanın çağdaş pribsipləri məhz qeyd etdiyimiz kriteriyadakı dövlət quruluşlarını hədəfləmiış kimi görünür. Məhz bu baxımdan Azərbaycanın hər bir vətəndaşının arxasında dayanan DÖPVLƏTİNİN olduğunu görmək hər birimiz üçün böyük xoşbəxtlikdir. Bunu hər yerdə görürük və görməkdəyik. Elə bir neçə gün əvvəl Xətai rayonunda Kaçalov küçəsi 18 saylı ünvanda yaşanan yanğın faciəsi zamanı da zərərçəkmiş insanlarımızın bütünlükdə olaraq DÖVLƏT QAYĞISI ilə əhatə olunduğunu aşkar şəkildə gördük. Burada prezidentin sözügedən rayondakı nümayəndəsi olan Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun dövlət adından nümayiş etdirdiyi diqqət də yetərincə təqdirəlayiq idi. Gələk rəsmi məlumatlara... DİA.AZ bildirir ki, 2 fevral 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşlarının, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Xətai rayon Xətai və Əhmədli bələdiyyələrinin, başçının müavinləri, icra aparatının şöbə müdürləri və rayon xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Kaçalov küçəsi 18 saylı ünvanda yanğın baş verən binanın sakinlərini qəbul etmişdir. Görüş zamanı müəyyən olunmuşdur ki, binanın çardağında baş vermiş yanğın nəticəsində binanın xeyli hissəsi tamamilə yararsız hala düşmüş, sakinlərə xeyli ziyan dəymişdir. Bu məqsədlə Komissiya yaradılmış və komissiyaya tapşırılmışdır ki, ilk növbədə sakinlərin yaxın ərazilərdə yerləşdirilməsi təmin edilsin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən müvafiq rəylər alındıqdan sonra binada bərpa və əsaslı təmir işlərinə başlanılsın. Artıq sakinlərin yerləşdirilməsi, ziyan dəyməmiş mənzillərdən əşyaların daşınması və s. işlər üçün əlaqədar təşkilatların nümayəndələri və İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri hadisə yerindədirlər. Xatırladaq ki, 2 fevral 2017-ci il tarixdə Xətai rayonu, Kaçalov küçəsi 18 saylı ünvanda yerləşən 2 mərtəbəli, 3 girişli, 12 mənzilli evin damında qısaqapanma nəticəsində yanğın baş vermişdir. Yanğın zamanı binanın 860 m2 olan dam örtüyü yanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğın söndürülmüş, xəsarət alan olmamışdır. Binanın damı yanaraq tamamilə yararsız vəziyyətə düşmüş, 2-ci mərtəbədə yerləşən 6 mənzilin tavan hissələri yanaraq otaqlara böyük həcmdə ziyan dəymişdir. Yanğının söndürülməsi zamanı 1-ci mərtəbədə yerləşən mənzillərə su dolmuşdur. Qeyd olunan bina 1934-cü ildə tikilmişdir. Ümumi sahəsi 768 m2 , yaşayış sahəsi 540 m2-dir. Binada 12 ailədən ibarət 48 sakin yaşayır. Bildirək ki, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gəlmiş, sakinlərlə görüşmüşdür. Binada mənzillərin vəziyyəti ilə tanış oladuqdan sonra rayon İcra Hakimiyyətinin başçısı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və digər müvafiq xidmət sahələrinin rəhbərlərinə sakinlərin yerləşdirilməsi, otaqlardan xəsarət toxunmamış əşyaların çıxarılmasına və digər zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar vermişdir. Geri qayıt |