Əsas Səhifə > Hadisə, Manşet > Çobanlarımız atları hesabına ərəb "CİP"lərindən necə pul qazanır?
Çobanlarımız atları hesabına ərəb "CİP"lərindən necə pul qazanır?1-02-2017, 09:23 |
Son vaxtlar ərəb milyonçularının Azərbaycana səfəri ilə bağlı ölkə mediasında müxtəlif informasiyalar yer alıb. Bəziləri bu səfərləri turizm sdektorunun inkişafı, büdcə gəlirlərinin artması baxımından faydalı hesab etsə də, məsələyə tənqidi aspektdən yanaşanlar da az deyil. Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, cəmiyyətin bu məsələyə birmənalı yanaşmadığına baxmayaraq, ərəblərin ölkəmizə gəlişini səbrsizlikə gözləyən insanlar da var ki, bunlar da çobanlar, fermer təsərrüfatı ilə məşğul olan şəxslərdir. Sözügedən şəxslərin “ərəb sevgisinin” arxasında dayanansa ənənəvi amillə - pul faktoru ilə bağlıdır. Məlumatlı mənbənin sözlərinə görə, ov etmək, təbiətin rəngarəng mənzərəsindən zövq almaq üçün daha çox dağlıq və dağətəyi ərazilərə, mal-qara üçün nəzərdə tutulan yataq yerlərinə, ucsuz-bucaqsız düzənliklərə üz tutan ərəblərin bu gəlişi hər dəfə ərazidəki çobanların “heç nədən” çoxlu pul qazanmasına şərait yaradır. Belə ki, sadəcə pullarının çoxluğu ilə deyil, həm də hədsiz səxavətləri ilə diqət çəkən ərəb milyonçuları çobanların onlara verdiyi bir qucaq odunu 100-200 dollar məbləğindəki pulla mükafatlandırır ki, bu da onları fermerlər üçün əsl gəlir mənbəyinə çevirir. Lakin çobanlara ən çox pul qazandıran qum və ya bataqlıqda ilişib qalan ərəb maşınları olur. Belə ki, heç bir texnikanın olmadığı ortamda batıb qalan bu cür "CİP"ləri çıxarmaq üçün adətən çobanların atından istifadə edilir. Kəndirin bir ucunu avtomobilə, digər ucunu isə atın quyruğuna bağlayan ərəblər bu üsulla "CİP"lərini batıb qaldıqları yerdən dartıb çıxardırlar. Bu xidmətin müqabilində çobanlara 500-600 dollar pul verən ərəblər turistləri digər xidmətləri də qarşılıqsız olmur. Bu səbəbdən də ərəb milyonçularının gəlişi çoban və fermerlər tərəfindən məmnunluqla qarşılanır. Geri qayıt |