Əsas Səhifə > Hadisə, Manşet > Başçı rayonu rüşvət çalasına çevirib...

Başçı rayonu rüşvət çalasına çevirib...


12-01-2017, 08:29
Başçı rayonu rüşvət çalasına çevirib...
Neftçala rayon icra başçısı İsmayıl Vəliyevin sosial gərginlik yaradır. Onun fəaliyyəti aqrar sektora və sahibkarlığın inkişafına ən ağır zərbələri endirməkdən ibarətdir.

Rayon Maliyyə İdarəsinin rəisi icra başçısına çox yaxın adamdır və qanunsuzluqlara birgə imza atırlar.

Hətta idarə rəisi icra başçısının əməllərini mətbuatda ört-basdır etmək funksiyasını yerinə yetirir. Yerli sakinlərin saysız-hesabsız şikayətlərinə isə baxılmır.

Neftçala sakinləri 2017-ci ildə yeni icra başçısı təyinatı olacağına ümid edir. Onların İ.Vəliyevdən heç bir gözləntisi qalmayıb.

Bu neçə ildə rayonu çapıb-talayan və inkişafına zərrə qədər xidməti olmayan icra başçısı hətta normal kosmetik abadlıq işləri də həyata keçirməyib. Sakinlərin özlərinə görə, Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev da icra başçısı ilə şərikdir.

Tələb etdiyi rüşvəti ala bilmədikdə sahibkarlara bildirir ki, onların icarəyə götürdükləri dövlət torpaqlarında prezidentin tapşırığına əsasən pambıq əkiləcək. Və bundan sonra traktorlarla ərazini şumlayır və tikintiləri sökdürür.

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev pul qazanmaq üçün yeni metod kəşf edib.

Belə ki, icra başçısı icarə qaydasında sahibkarlara verilən dövlət torpaqlarına görə sahibkarlardan rüşvət tələb edir.

Əks təqdirdə torpaqlar sahibkarlardan alınır və şumlanır. Həmin ərazilərdə icra başçısı hal-hazırda dəmyə arpa əkini aparır.

İsmayıl Vəliyevin bu qanunsuz əmrlərini icra edən şəxs Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyevdir.

İsmayıl Vəliyevi bu rayona rəhbər vəzifəyə göndərərkən Neftçalanı inkişaf etdirməyi, abadlıq-quruculuq işləri həyata keçirməyi, əhalinin sosial problemlərinin həllindi ciddi dönüş etməyi tapşırıb.

Lakin dövlət rəhbərinin qərarı özünü doğrultmayıb. Rayonla qonşu bölgələrdə müəyyən qədər irəliləyiş olsa da, Neftçala geri qalıb. İ.Vəliyev prezidentin ayırdığı büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyib.

Neftçala rayonunda 27 min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30 km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun hazırki durumu heç də ürək açan deyil.

Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Təmir və yenidənqurma işlərini “Texnoyol” MMC Azərbaycan şirkəti həyata keçirib. Bu işdə də ciddi yeyintiyə yol verilib. Qarşı tərəfi dinləməyə hazırıq
\\regionxeberleri.com\\
Geri qayıt