Əsas Səhifə > Hadisə, Manşet > Səfər Mehdiyev zirehli BMW-də gəzir?

Səfər Mehdiyev zirehli BMW-də gəzir?


20-12-2016, 09:32
Səfər Mehdiyev zirehli BMW-də gəzir?
Artıq bir neçə vaxtdır ki, DGK-ın sədr müavini Səfər Mehdiyev barədə bir neçə yazı oxucularımıza təqdim etmişik. Əvvəla məlumat üçün bildirək ki, Səfər Mehdiyevin DGK-da bəzi sahələri ailə biznesinə çevirməyi barədə mətbuatda bir neçə yazı dərc olunub. Ancaq biz hər zaman LEGİON olaraq, yalnız faktlara söykənərək və əldə etdiyimiz məlumatı araşdırandan sonra ictimaiətə təqdim edirik . Belə ki, Həmid Vəkilov adlı sahibkar bir müddət əvvəl mətbuata müraciət edərək bilidirmişdi ki, ölkəyə gətirdiyi malın DGK-nın Enerji İdarəsinin Maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev tərəfindən süründürməçiliyə məruz qaldığı üçün gömrük edə bilmir.
Hətta Həmid Vəkilov mətbuata müraciətində bildirmişdi ki, Rəfael Niftəliyev DGK-ın sədr müavini Səfər Mehdiyevin bacanağının oğludur. Və o, Səfər Mehdiyevə güvənərək sahibkarların başına bu oyunları açır. Həmid Vəkilovun şikayəti mətbuatda gedəndən sonra öz həllini tapdı və onun ölkəyə gətirdiyi mal gömrük olundu. Ancaq LEGİON-un əldə etdiyi məlumata görə, Həmid Vəkilovun İntiqam Həsənov adlı şəriki DGK tərəfindən məhkəməyə verilib və ondan Həmid Vəkilovun qisası alınır.
Səfər Mehdiyevlə bağlı Legion-a bir neçə məlumat da daxil olub. Belə ki, LEGİON-un əməkdaşı ezamiyyətdə olan zaman, Balakən gömrük postundan məlumat əldə edib ki, DGK-ın sədr müavini Səfər Mehdiyevin zirehli, BMW markalı avtomobili var. Deyilənə görə, bu məlumatları DGK-da gömrük əməkdaşlarına Səfər Mehdiyevin sürücüsü fəxrlə danışır. Biz də öz növbəmizdə bu məlumatı dəqiqləşdirmək üçün, DGK-nın mətbuat xidmətinin rəisi Natiq Axundovla əlaqə saxlamağa cəhd etdik.
Ancaq sonra bizə məlum oldu ki, Natiq Axundov LEGİON-un telefon nömrələrini öz mobil telefonunda qara siyahıya qoyub ki, onunla əlaqə saxlaya bilməyək. Oxuculara maraqlı olar deyə, dünyanın avtomobil bazarında zirehlənmiş avtomobillərin satışı, habelə, sifariş əsasında yığılması ilə məşğul olan şirkətlərin saytlarına nəzər saldıq.
Araşdırma nəticəsində məlum oldu ki, “BMW 7 High Security” (zirehli) avtomobilinin qiyməti 350 min ABŞ dollarından başlayır. Bizə də maraqlı gəlir, bu avtomobil hörmətli generala dövlət büdcəsi hesabına alınıb, yoxsa, “halal qazanc” ilə əldə olunub? Bildiyimizə görə, zirehli avtomobillərdə tanınmış, dövlət üçün mühüm əhəmiyyət daşıyan prezidentlər, məmurlar və mühüm dövlət xadimləri gəzir. Ancaq DGK-ın sədr müavini Səfər Mehdiyev hər an, hər dəqiqə sui-qəsd hədəfinə çevrilməkdən ehtiyatlanır.
P.S. Yazı çapa gedərkən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, DGK məhkəmədə Həmid Vəkilovun şəriki İntiqam Həsənova qarşı qaldırdığı iddiada malın ümumi dəyər qiymətindən 100 faiz cərimə olunmasını tələb edib. Ancaq hakim gömrükçülərə öz hümanistliyini nümayiş etdirərək, sahibkarı 50 faiz cərimə edib. Ancaq İntiqam Həsənov Apellyasiya Məhkəməsinə müraciət edərək hakimin 50 faiz cəriməni 30 faizə endirəcəyinə ümid edir. Kim bilir, bəlkə də, hörmətli Səfər müəllim illərlə incitdiyi sahibkarların bir gün ondan “qisas alacağından”, sui-qəsd quracağından ehtiyatlanır… Amma buna ehtiyac yoxdur. Ölkə rəhbərliyi hər kəsin bərabər hüquqlarla yaşadığı, sivil bir cəmiyyət yaratmaqdadır və məmurların da bu siyasətə dəstək verməsi lazımdır. Yəni, sahibkarları incitməyə də ehtiyac yoxdur, Səfər müəllim!

Geri qayıt