Əsas Səhifə > Hadisə, Manşet > Fərhad Əliyevin yolunu gedir...

Fərhad Əliyevin yolunu gedir...


12-12-2016, 09:48
Fərhad Əliyevin yolunu gedir...
DİA.AZ: - "2005-ci ilin hadisələrini xatırlayanlar yaxşı bilirlər, o zamanlar İqtisadi İnkişaf Naziri olan Fərhad Əliyev də hökumətə valyuta bazarında əzələ nümayiş etdirmək fikrinə düşdü. Bir günün içində valyutadəyişmə məntəqələrində dollar qeybə çəkildi. Ciddi siqnal idi. Və "yuxarılar" bu siqnalı gərəkən formada əbul etdilər. Sabotajın altında imzası olan Fərhad Əliyevin qollarına qandal vuruludu, uzun illər həbsdə yatdı". Bu sözləri DİA.AZ-a açıqlamasında vurğulayan məlumatlı mənbə iddia edir ki, indi də anoloji qaydada Maliyyə Naziri Samir Şərifov güc göstərmək sevdasına düşüb.

Mənbənin dia-az.site-a söylədikləri: "Təbii ki, Samir Şərifov artıq peşman olub. Amma gecdir. Onun dollarları qara bazara ötürməsi, aşkar şəkildə ölkədə bahalaşmaya rəvac verən fəaliyyətdə bulunması, bu zaman nəinki Azərbaycan dövlətinin, xalqının, hətta təmsil olunduğu hakimiyyət düşərgəsinin belə maraqlarını nəzərə almaması ona baha başa otura bilər".

Mənbə iddia edir ki, Samir Şərifovun təkcə "Azər-Türk Bank"la deyil, daha bir neçə istiqamətlə qara bazara dollar axını təşkil etdiyi və bunun da nəticəsində külli miqdarda qazanc götürdüyü ortaya çıxıb: "Samir Şərifov indi çətin durumdadır və çıxış yolu arayır. Bunun axırı necə olacaq, Zamanla görəcəyik"...

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt