Əsas Səhifə > Hadisə, Manşet > "Qazaxda iş gedir, amma camaatın hesabına..."

"Qazaxda iş gedir, amma camaatın hesabına..."


5-12-2016, 09:07
"Qazaxda iş gedir, amma camaatın hesabına..."
DİA.AZ: - Redaksiyamıza şikayət edən bir qrup Qazax rayon sakini bildirir ki, onların narazılığı yerli icra qurumlarındandır. DİA.AZ-a daxil olan ərizədə deyilir:

"Xüsusən də Rəcəb Babaşov icra başçısı təyin olunandan sonra camaatın sosial durumu psiləşməyə başladı. Burada hamı bir-birini dolandırır. Sahibkarlar, fermerlər iş yeri açmasa rayonda pul və iş olmaz. Babaşov isə bu gün rayondakı bütün sahibkarların dizini yerə qoyub.

Təık əziyyət çəkən iş adamları deyil. Qara camaat da bunun ziyanını çəkməkdədir".

Daha sonra Qazaxdakı quruculuq işlərindən yazan sakinlərin dia-az.site-a müraciətində qeyd olunur: "Qazaxda bu gün görülən işlərə görə dövlətimiz, hörmətli prezidentimiz yetərincə vəsait ayırsa da, Rəcəb Babaşov həmin pulları cibinə qoyub, hər şeyi sahibkarların hesabına edir. Bu gün Qazaxdakı iş adamları rayondan qaçmağın yollarını axtarır. Hara qədər belə gedəcək?

Biz DİA.AZ saytı vasitəsilə yolunda baş qoymağa hazır olduğumuz hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik ki, Rəcəb Babaşovun məlum narazılıq yaradan siyasətinin durdurulmasına göstəriş versin".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt