Əsas Səhifə > Hadisə, Manşet > Gəncə Lokomotiv Deposunda müəmmalı olaylar
Gəncə Lokomotiv Deposunda müəmmalı olaylar27-10-2016, 09:19 |
Məlum olduğu kimi, 2015-ci ildə "Azərbaycan Dəmir Yolları"QSC-də struktur dəyişikliyi aparıldı. Belə ki, millət vəkili Cavid Qurbanov bu qurumun rəhbərliyinə təyinat aldı. Bundan sonra ildə "Azərbaycan Dəmir Yolları" illərdən bəri vəzifələrindən möhkəm yapışıb dövlət büdcəsini talayan bir çox məmurlardan təmizləmiş oldu. Lakin əfsuslar olsun ki, təmizləmə işləri tam aparılmadığından köhnə komandanın bəzi üzvləri yenə də əvvəlki əməllərindən qalmırlar. Məsələn, Gəncə Lokomotiv deposunun sabiq rəisi Faxrəddin Rzayevin işə qəbul etdiyi işçilərin sayəsində halhazırda bu qurumda gərginlik yaşanır. Belə ki, tək lokomotiv deposunda 300-ə yaxın işçinin ixtisarı peşəkar əsaslarla deyil, qeyri-qanuni şəkildə aparılıb. Belə təəssürat yaranır ki, Gəncə lokomotiv deposusa yeni təyin olunan rəis depoda üsyan yetişdirir. "Azərbaycan Dəmir Yolları" QSC-yə Cavid Qurbanov sədr təyin olunandan bu günə qədər dəmir yolunda əsaslı işlər və bir sıra islahatlar aparılsa da, rəhbərliyin özünün də etiraf etdiyi kimi, Gəncə istiqamətində bütün zamanlarda olduğu kimi, narazılıqların ardı-arası kəsilmir. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə Lokomotiv Deposuna yeni təyin olunan rəis İslam Əsgərov özündən öncə olan rəislərin tam əksinə olaraq, vəzifəyə gələn kimi lokomotiv deposunun ixtiyarını, idarə olunmasını adı "Mis əməliyyatları”nda hallanan,dəfələrlə polis tərəfindən yaxalansa da, sonradan dəmir yolunda lokomotiv istehsalat rəisi işləyən Asim Qasımova verib. Bundan başqa Asim Qasımovun qohumları yeni təyin olunan rəis İslam Əsgərovun sayəsində Gəncə lokomotiv deposunda rəhbər vəzifələrə təyin olunublar. Asim Qasımovun həqiqi hərbi xidmətə yararsız, ali təhsili olmayan qardaşı oğlu Sabit Qasımov təmir məsələləri üzrə müavin təyin olunub. Əldə etdiyimiz məlumatlarda o da deyilir ki, hazırda ixtisarlar dəmiryolçuların təcrübəli, iş qabiliyyətlin olub - olmaması kriteriyası deyil, S.Qasımovun işçilərlə şəxsi münasibətləri əsasındaaparılır. Bundan başqa məlumatda o da deyilir ki, hazırda lokomotiv deposunun yeganə "ölücanlar"ı Qasımovlardır. Hazırda İslam Əsgərov Qasımovların işə gəlməyən qohumlarına - Cabir və Caviq qardaşlarına və əmisi oğlanlarına “yaşıl işıq” yandıraraq susur. Artıq istismara yararsız sayılan elektrovoz və teplovozların doğranılaraq toplanması müəyyən maxinasiyalara şübhə yaradır. Bu eyni zamanda Gəncə Lokomotiv Deposunda gərginliyi bir az da artırır. Belə ki, deyildiyi kimi uzun müddət "Misəməliyyatları”nda adı mütəmadi olaraq hallanan Qasımovların bu gün sülaləcə yenidən Gəncə Lokomotiv Deposunda rəhbər vəzifə tutmaları özlərinə düşmən bildikləri şəxslərin ixtisar olunmasına şərait yaradıb. Gəncə Lokomotiv Deposunnun rəisi İslam Əsgərov isə Qasımovlara bu işdə dəstək verir. Bu səbəbdən kollektivin bəzi üzvləri hər gün işdə gərginliklə, haqsızlıqla qarşılaşır. Dünyadakı infilyasiya ucbatından onsuzda ehtiyac içində yaşayan dəmiryolçular rəhbərlik tərəfindən hədələnir. Onlar ixtisar olunacaqları ilə hədələnirlər. İslam Əsgərov rəis təyin olunandan sonra teplovoz maşinisti köməkçisinin Sabit Qasımov tərəfindən bilərəkdən incidilməsi və sonda onun bıçaqlanması hadisəsindən sonra qəzetimizdə yazı dırc olunmuşdu. Bu yazıdan sonra Deponun Qasımovların evlərinə baxan rəis otağının bütün pəncərə şüşələrinin sınması "Qanun naminə" filmini xatırlatdı. Daha sonra isə lokomotiv deposunun kadrlar şöbəsinin rəisi Səbuhi Həsəncanovla aralarında olan intriqa Qasımovların xeyrinə həll olundu. Belə ki, S.Həsəncanov işdən ayrıldı. Burada Sabit Qasımovun “peşəkarlığı” yenə də onun köməyinə gəldi. Belə ki, S.Qasımov S.Həsəncanovun adına saxta qadın profile açdırıb və oraya onun telefon nömrəsini qoydurub. Daha sonra işçilərdən biri ixtisarla hədələnərək, bu oyuna cəlb edilib. Bununla da S.Həsəncanova tələ qurulub və o, işdən uzaqlaşdırılıb. Deyəsən elə bu hadisədən sonra rəis İslam Əsgərov özünü sığortalamaq üçün ali təhsili olmayan, həqiqi hərbi xidmət keçməyən Sabit Qasımovu təmir üzrə müavin təyin edib. İslam Əsgərov özünün iş prinsipinə uygun kadrlar qrupu yaradaraq təmir üzrə müavin Sabit Qasımov, Teymur, Sabitin bibisi oğlu Ramal (baş mexanik), digər qohumları, əvvəllər hərbi sahədə işləsə də sonradan qayınatasının sayəsində özünü lokomotiv deposuna yerləşdirə bilən anbardar Ələkbər Məmmədovla anlaşma yapa bilib. Hazırda deyilənə görə ektpovozlardan kəsim zamanı çıxarılan 550-750 kq-a qədər misdən olan hissələr bu qrupa etibar olunur. Məsələ təkcə bununla bitmir. Bir müddət öncə Gəncə lokomotiv deposunda İbrahimov Nail İbrahim oğlunun sexin qarşısındakı hündürlükdən başına düşən aqlaydan sonra rəis İ.Əsgərovla əlaqə saxladıqda, onun cavabı bu oldu ki, depo daxilində baş verən hadisələrin heç kimə aidiyyəti yoxdur, özümüz bilərik. Hətta əmək müfəttişliyindən də bu olay gizlədildi. Olayın gizlədilməsində isə əsas rolu Gəncə şəhər A.Səhhət adına xəstəxananın rəhbərliyi oldu. Bu ilin sentyabr ayında Nail İbrahimovun başına düşən aqlay parçasının zədəsinə A.Səhhət adına xəstəxanada tikiş qoyulsa da, bundan heç kimin xəbəri olmur. Eləcə də bir müddət sonra Gəncə lokomotiv deposunda rəisin dostu sayılan Ərəstun ustanın ayağına resor düşməsi və onun xəsarət alması da gizli saxlanılmaqdadır. Hazırda Gəncə Lokomotiv Deposunda rəis vəzifəsini daşıyan İslam Əsgərov bundan öncə lokomotiv istehsalat birliyində Asim Qasımovun rəhbərliyi altında çalışıb. Onun 13 oktyabr 2016-cı il "Dəmiryolçular günü" münasibəti ilə "Fəxri dəmiryolçu" döş nişanına layıq görülməsi də deyəsən təsadüfə oxşamır. Belə çıxır ki, "Azərbaycan Dəmir Yolları" QSC-də yenə də bağlı qapılar arxasında nələrsə baş verir. Bəs görəsən, bütün bunlardan Sədr Cavid Qurbanovun xəbəri varmı? Geri qayıt |