Əsas Səhifə > Hadisə, Manşet > İcra başçısı Ağstafanı necə yönəldirsə...
İcra başçısı Ağstafanı necə yönəldirsə...26-10-2016, 09:09 |
Bir neçə ay əvvəl elektron mediada xəbərlər yayıldı ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev kabinetini boşaldır, yəni, vəzifədən çıxarılır. On gün sonra isə bəzi saytlar təkrar yalan məlumatlar yaymaga başladılar ki,amandı qoymayın icra başçısının özbaşnalıqları agstafalıları qəzəbləndirib,insanlar Prezident Administrasiyasının qarşısına toplaşmaq qərarı veriblər. Bu xəbər də özünü doğrultmadı. Amma həqiqət ondan ibarətdir ki,altı ay əvvəl Prezident Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daim diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsinə nəzər yetirdikdə Ağstafa rayonundan edilən şikayətlər az olmadıgı ,bu rayondan edilən şikayətlərin bir az da artdıgını yəqin etmək mümkündür. Əvvəlki illərlə müqayisədə təsnifat üzrə aparılan təhlillərdən aydın olur ki, bu rayondan şikayətlərin sayı müəyyən qədər çoxalıb. Hətta, burada birinci hal kimi olunan şikayətlərdən sonra, təkrar olunan şikayətlərin faiz artımı xüsusi vurgulanır. Hazırda Faktinfo.az saytına daxil olan “ardı var…”la 10 yazı həcminə yetər digər faktların həqiqiliyinə də şübhə yeri yoxdur. Ağstafanın onlarla kəndində baş verən qanunsuzluqlar, topraq üzərində aparılan maxinasiyalar,mənimsənilən və ogurlanan dövlət vəsaitləri zaman-zaman bu rayona rəhbərlik edən icra başçılarına,eləcə də RİHB-nin birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Tatarova yüz minlərlə gəlir gətirib.Amma yüzlərlə ağstafalının narazılığı ilə müşayiət olunan məsələlər kateqoriyasında həll olunmamış problem kimi bu gündə aktuallığını saxlayır. 1994-1995-ci illərdə Ağstafa rayonunda aparılan topraq islahatları zamanı əhaliyə pay torpaqlarına dair dövlət aktı verilib, amma sonradan müəyyən şəxslərə yaradılan maneələr yüzlərlə şikayət məktubunun Azərbaycan Respublikasının Prezidentinə,ölkənin birinci xanımı Mehriban Əliyevaya,digər vəzifəli şəxslərə ünvanlanmasına səbəb olub. Həqiqət budur ki, Ağstafadan olunan şikayətlərin mütləq əksəriyyəti mülk, torpaqla,saxta sənədlərin tərtib olunması nəticəsində qarşı tərəfin hüqüqunun pozulması ilə bağlıdır. Torpaqlara dair icarə müqavilələrinin Azərbaycan qanunvericiliyi ilə təsbit olunmuş tərəflərinin kobud surətdə pozulması, dövlət aktı verilmiş pay torpaqlarının sonradan məqsəli surətdə sürüşdürülməsi, bunlara dair təsnifat üzrə aparılan təhlillər göstərir ki, bu adamların torpaqdan gözü doymayıb, torpaq xəstəsinə çevrilib, bir çox cinayətlərə imza atıblar,hamıdan bac almaqda ad çıxarıblar. Yeri gəlmişkən, məşhur mütəfəkkir Abay Kunanbayev “İskəndər” poemasını sanki var-dövlətdən,puldan,qızıldan,torpaqdan gözü doymayan belə rəhbər və onların əsabələri üçün qələmə alıbmış, əsər bu gün də belə şəxslər üçün aktuallığını qoruyur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən subartezyan quyularının qazılması üçün ayrılan vəsaitdən də rayon icra hakimiyyətində çalışan 2-3 aparıcı şəxs sui istifadə edərək gəlir əldə ediblər.Belə ki,Ağstafa rayonunun Aşağı Kəsəmən, Zəlimxan,Qıraq Kəsəmən kəndlərinin hər birində qazılmalı olan subartezyan quyularını hər üç kənddən təxminən üç kilometr aralıda, üç şəxsi fermer təsərrüfatı ilə məşğul olan şəxslərin hər birindən üç min manat almaqla satıblar.Yəni,subartezyan quyuları”sahibkar”ların şəxsi təsərrüfatlarının qabağından vurulub.Kütləvi xarakter alan bir tədbiri üç şəxsə, şəxsi istək və arzudan irəli gələn bir şəkildə həyata keçirməklə hər üç kəndin sakinlərini içməli ,həm də suvarma suyundan məhrum ediblər.Belə olan təqdirdə haqlı sual yaranır, su quyularını satdığınız “sahibkarlar” ümumilikdə hər üç kəndin sakinlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının üç faizini istehsal edə bilirlərmi?!Təbii yox fikri yetərsaydı! Elə isə beləmi kənd təsərrüfatını inkişaf etdirirsiniz?.. Hər üç kənddə vurulmalı olan subartezyan quyularını üç şəxsə ,üç min manata satmaqla işlərinin bitdiyini bilənlər ”zəfərlərinin” hər gün rüşvət almaqdan,rüşvət almağın yollarını fikirləşməkdən ibarət olduğunu düşünürlərsə demək ki,toxunulmaz olduqlarını hələ də dərk etməyiblər. Həqiqətən ,Ağstafa rayon icra başçısı və onun 1-ci müavi hələ də anlamaq istəmir ki, “su təmizlikdir,insan dünyasını dəyişəndə torpaqla görüşməmiş su ilə vidalaşır ”.Heç olmasa bu fikrin fəlsəfi mahiyyətini anlayaq kənd insanının içməli və suvarma suyuna əl uzatmayaq. Ancaq son vaxtlar həqiqət fərqlidir, artıq zaman başqa mətləblərdən xəbər verir. Daha şəxsi maraqlar naminə yararlanmaq və varlanmaq istəyənlərin arzularını vəziyyət tədricən inkar edir, toxunulmaz şəxs anlayışı ortadan qalxır. Bu proses sürətləndikcə neçə belə illər Ağstafada sadə əmək insanları üzərində xof yaradan, onları qorxudub istismar edən, icra strukturlarında kök salmış şəxs(lər)in maskası yırtılır, onlar ifşa olunurlar, zamanla məsuliyyətə də cəlb olunacaqlar. O səbəbdən bizə yazan və adının açıqlanmasını istəməyən rayon sakininə bildirmək istəyirik ki, qorxmadan açıq şəkildə məqbul bildiyi şəxslərə müraciət edib haqqını tələb edə bilər. Geri qayıt |