Əsas Səhifə > Hadisə, Manşet > Texnologiya Universiteti ilə bağlı ŞOK İDDİALAR

Texnologiya Universiteti ilə bağlı ŞOK İDDİALAR


24-10-2016, 08:59
Texnologiya Universiteti ilə bağlı ŞOK İDDİALAR
Azərbaycan Texnologiya Universitetində qanunsuz pulyığımı aparılır.

Bu barədə Universitetin tələbələri Xeber.İnfo-a məlumat veriblər. Tələbələr iddia edirlər ki, tələbə biletinin dəyişdirilməsi üçün hər tələbədən tələb olunan 5 AZN rüşvətdir və qanunu əsası yoxdur: "Mən Azərbaycan Texnologiya Universitetində oxuyuram. Çoxdan idi ki, tələbə biletlərinin dəyişdirilməsi haqqında söhbət gedirdi. Həm də turniket sisteminə keçirilir. Biletlərin bir tərəfi turniket, bir tərəfi isə tələbə bileti olacaq. Bir neçə gün əvvəl dekan müavini İsa Əhmədov dərsə girib, dedi ki, 5 azn pul gətirin, təzə tələbə biletlərini götürün. Biz etiraz edəndə, "əks təqdirdə universitetin qapısından buraxılmayacaqsınız” dedi”.

Tələbələr tələb olunan pulu rüşvət hesab edərək verməyəcəklərini bildirirlər: "Birinci kursda bizdən tələbə bileti üçün 10 AZN aldılar. Onda təzə idik pul verdik. İndi isə başa düşürük ki, açıq-aşkar qanunsuzluqla məşğuldular. Mən 1500 AZN ödəyirəm, niyə görə artıq pul verməliyəm? Təhsilimlə bağlı bütün xərclər ödədiyim puldan çıxılmalıdır”.

Texnologiya Universiteti ilə bağlı ŞOK İDDİALAR
Texnologiya Universiteti ilə bağlı ŞOK İDDİALAR

Geri qayıt