Əsas Səhifə > Hadisə, Manşet > İlham Əliyevin səs-küylü açıqlamalarına səssiz reaksiya
İlham Əliyevin səs-küylü açıqlamalarına səssiz reaksiya20-10-2016, 09:36 |
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibə verib. Bu müsahibədəki önəmli ismarıclardan artıq hər kəs xəbərdardır - desək, yanılmarıq. Prezident İlham Əliyev təkcə Azərbaycanın regionda yaşananlara reaksiyasını ifadə etmədi, həm də Azərbaycanın daxilində baş verən yaşantılara, xüsusən də Qarabağ münaqişəsinin həllinə də rəsmi Bakının münasibətini açıqladı. Bəli, əslində prezidentimiz ilk dəfə idi ki, Azərbaycanın Qarabağ münaqişəsinin həllinə yanaşmasının konturlarını detallı şəkildə açıqlayırdı. Və bu açıqlama əslində bir çox düşmən dairələrin Qarabağ münaqişəsindən istifadə edərək, rəsmi Bakının problemə münasibətini yanlış formada təqdim edərək Azərbaycanın içində müxtəlif dönəmlərdə süni gərginlik yaratma cəhdlərini də birdəfəlik olaraq iflic etmiş oldu. İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan xalqının MİLLİ DÖVLƏTÇİLİK MARAQLARININ əlahiddəliyinə sədaqətini nümaiş etdirdi. Prezidentimizin Dağlıq Qarabağa Azərbaycan Konstitusiyası çərçivəsində əlavə hüquqların verilməsinə hazır olduğumuzu bəyan etməsilə rəsmi Bakının münaqişənin həllindəki sülh danışıqlarına nə qədər sədaqət nümaiş etdirdiyi də bir daha sübutlandı. Sözügedən müsahibədə İlham Əliyev həmçinin Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərilə bağlı önəmli açıqlamaları ilə də təkcə yerli cəmiyyətimizin deyil, bütün beynəlxalq dairələrin də diqqət mərkəzini cəlb etdi. Və bu açıqlamalar bir daha təsdiqlədi ki, Azərbaycan regionda cığal Ermənistəndən, oynaq mövqeli Gürcüstandan fərqli olaraq bütün beynəlxalq güclər üçün ən etibarlı tərəfdaşdır. Əgər Azərbaycana nümayiş olunan münasibətlərdə səmimiyyət və netlik varsa, o zaman Cənubi Qafqazda Azərbaycandan güvənli partnyor yoxdur. Bu isə elə Rusiya və İran üçün də bir siqnal rolunu oynamalı olan mühüm bir məqamdır. Çünki bu vaxta qədər hətta bu gün münasibətlərimizin yaxşı olmasına rəğmən həm rəsmi Tehran və həm də Kreml Azərbaycanla münasibətlərində Dağlıq Qarabağ kartından və digər bu kimi məqamlardan Azərbaycana qarşı manevr aləti kimi istifadə etməyə cəhdlərdə bulunublar. İndi isə bunun yanlış olduğunu hər kəs dərk etməlidir, həm beynəlxalq güclər və həm də qonşuluğumuzdakı güclər. Qeyd edək ki, İlham Əliyevin Suriya probleminə münasibəti də bu gün olduqca sağlam bir mövqe ifadəsi kimi nəzərləri cəlb etmiş oldu. Hər halda, Azərbaycan bu günə kimi həm Krım probleminə, həm Kosovo məsələsinə və həm də digər bu kimi toqquşmalara məhz ənənəvi ƏDALƏTLİ MÖVQEYİ ilə seçilib. Buna görədir ki, Azərbaycan hətta bu gün ölkəmizə qarşı əks səngərdə dayanan ölkələr tərəfindən belə etibarlı TƏRƏFDAŞ kimi qəbul olunur. Bunun nəticəsidir ki, Azərbaycanın Avropanın ortasında ciddi strateji tərəfdaşları var. Bunun nəticəsidir ki, rəsmi Bakı Kremlə isti münasibətlərini qoruya-qoruya həm də Ukrayna ilə gözəl münasibətləri ilə də öyünə bilər. Yəni İlham Əliyev bu illər ərzində mərhum prezident, ulu öndər Heydər Əliyevdən qalma siyasətə nüamyiş etdirdiyi sədaqəti ilə, həmçinin bu siyasəti inkişaf etdirməsi ilə nə qədər DOĞRU YOLDA olduğumuzu nümayiş etdirib və etdirməkdədir. Buna görə Tanrımıza şükür, prezidentimizə təşəkkür etməliyik… DİA.AZ Analitik Qrupu Geri qayıt |