Əsas Səhifə > Hadisə, Manşet > Dövlət Gömrük Komitəsinə əl gəzdiriləcək

Dövlət Gömrük Komitəsinə əl gəzdiriləcək


19-04-2017, 09:39
Dövlət Gömrük Komitəsinə əl gəzdiriləcək
DİA.AZ: - Bu yaxınlarda Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində kadr islahatları aparılacaq. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər qaynaq informasiya verib.

Məlumatda deyilir ki, gözlənilən kadr islahatı zamanı təkcə DGK rəhbəri Aydın Əliyev deyil, onun müavinləri də işdən atılacaq.

Mənbənin dia-az.site-a söylədikləri: "Araşdırmalar nəticəsində Aydın Əliyevin, habelə onun müavinlərinin, xüsusən də DGK sədrinin birinci müavini vəzifəsində 10 ildən artıq çalışan Səfər Mehdiyevin böyük yeyintiyə yol verdikləri aşkarlanıb ki, bu mənimsəmə faktından "yuxarılar" yalnız təftişdən sonra xəbər tutublar.

Hazırda DGK rəhbərliyinə heç bir etimad yoxdur və konkretləşmənin ardından sərt addımlar atılacaq. Hətta cəzalananlar da ola bilər".

Mənbəmiz onu da əlavə edib ki, eyni zamanda DHK-nin bir neçə rayondakı gömrükxanalarında da yoxlamalar aparıla bilər: "Bunu yaxın zamanlarda görəcəyik".

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt