Əsas Səhifə > Hadisə, Manşet > Pulun yoxdursa, batdın...

Pulun yoxdursa, batdın...


17-10-2016, 09:54
Pulun yoxdursa, batdın...
Azərbaycanın bir çox rayonlarında səhiyyənin durumuna ağlamaq lazımdır. Baş həkimlər, həkimlərin səriştəsizliyi onlarla insana həyatı bahasına başa gəlib. Bir o qədər insan da ya şikəst qalıb, ya da dərdinin əlacını başqa yerlərdə axtarmalı olub. AzFakt.com-a daxil olan məlumata görə Şirvan Diaqnostika Mərkəzində həkimlərin özbaşınalığı, vətəndaşları soymaları pik hədd çatıb. Bütün bu işlərin arxaında isə mərkəz direktoru, Nəsib Səhratov dayanır. Yaxşı cərrah kimi tanınan Nəsib həkim vəzifəsindən sui-istifadə edərək mərkəzə üz tutan vətəndaşları istədyi kimi soyur.
Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Diaqnostika mərkəzində edilən cərahiyyə əməliyyatlarına baş həkim tərəfindən qiymət qoyulub. Vətəndaşların sosial vəziyyətlərinin hansı vəziyyətdə olmasını zərrə qədərdə düşünməyən Nəsib Sərhatovun həkimləri istədikləri hesabı almayınca vətəndaşları get gələ salırlar. Dəfələrlə Səhiyyə Nazirliyinə edilən müraciətlərə baxmayaraq Şirvan Diqnostika Mərkəzinin soyğunçu həkimləri barədə hər hansı bir ciddi tədbir göülməyib. AzFakt.com-a daxil olan məlumatda qeyd edilir ki, mərkəzdə əsas soyğunçu həkimlərdən biri cərrah Vuqar həkimdir. Nəsib Sərhatovun sağ əli və vətəndaşları soyan Vuqar həkim heç bir qanunu saymır. Kənar rayonlardan mərkəzə müraciət edən vətəndaşlar əlacsız halda Nəsib Sərhatovun və Vuqar həkimin istədiyi hesabı verməyə razı olurlar. Şirvan Diqnostika Mərkəzi ilə bağlı saytımıza göndərilən şikayətlərdə qeyd olunur ki, bu mərkəzdə hər şey pulludur. Qapıdan girəndən, çıxana qədər hər yerdə pul verməlisən. Səbəbi aydındır, baş həkim günlük haqq yığır. Hətta süpürgəçidən də. Şirvan Diaqnostika Mərkəzində hər işin öz qiyməti var. Məsələn, müayinə 10 manatdan başlayıb, 50 manata qədər yüksəlir. Cərrahiyyə əməliyyatı isə ayrı bir müsibətdir. Buradan sağ çıxmaq bir ayrı dərd olsa da, pulu bəribaşdan alan Nəsib Sərhatovun həkimlərində insaf deyilən şey yoxdur. Adi əməliyyatlar 400 manatdan başlayıb, 5000 manata qədər yüksələ də bilər.
Qeyd edək ki, yaxın günlərdə Şirvan Diqnostika Mərkəzində baş alıb gedən özbaşınalıqlarla bağlı oxucularımıza daha ciddi faktlar təqdim edəəcyik.

Geri qayıt