Əsas Səhifə > Hadisə, Manşet > Sığorta şirkəti vətəndaşları aldadır...
Sığorta şirkəti vətəndaşları aldadır...28-09-2016, 09:40 |
DİA.AZ: - Ucar rayonu Nizami küçəsi ev 12 sakini İsmayılov Azər Ağalı oğlu DİA.AZ-a ünvanladığı şikayət ərizəsində yazır: "Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, "AXA MBASK" ASC sığorta şirkəti saxtakarlıq edib mənim avtoqəzaya düşmüş avtomobilimə dəymiş zərərin məbləğinin yarı hissəsini mənimsəyib sığorta pulunu düzgün vermək istəmir.Hansı ki, avtoqəza nəticəsində avtomobilimə dəymiş zərərin məbləği 1100 manat təşkil edirki bunu təsdiq edən subut var.Ancaq "AXA MBASK" ASC sığorta şirkəti mənə 500 manat sığorta pulu vermiş, sənəddə qəza zamanı yararsız olmuş ehtiyat hissələrinin çoxunun adını qeyd etməmişdir". Narazı vətəndaş dia-az.site-a müraciətində davam edir: "Belə ki, 23 iyul 2016-cı il tarixdə Ucar rayon H.Əliyev küçəsi ərazisində mənə məxsus 99 DM 061 dövlət nömrə nişanlı Mersedes BENZ - C 200 markalı avtomobilimi Rəhimov Zaur Adil oğlu idarə etdiyi 10 DL 686 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə vuraraq qəza törətmişdir.Zaur Rəhimova məxsus avtomobili sığorta edən "AXA MBASK" ASC sığorta şirkətinin Aran bölgə nümayəndəliyinə zəng etdik. "AXA MBASK" ASC sığorta şirkətinin nümayəndəsi gəlib üzdən avtomobilin əzilmiş şəkilini çəkdi və mənə dəymiş zərərin əvəzi olaraq 500 manat sığorta pulu təklif olundu.Mən avtomobilimi ustalara göstərdikdə dəymiş zərərin 1100 manat olduğunu bildirdilər.Buna görə də mən zəng edib "AXA MBASK" ASC sığorta şirkətinin nümayəndəliyinə şikayətimi bildirim.Onlar isə mənə təklif etdilər ki, biz düzgün məbləğ təklif etmişik.Həmçinin bildirdilər ki, avtomobilini gətir Bakıda biz avtoservizdə təmir etdirək.Ucar rayonundan Bakı şəhərinə məsafə 250 km -dir ki, buna görə mən evuakuatora müəyyən məbləğdə pul ödəməliyəm. Mən buna razı olmadım."AXA MBAKS" ASC sığorta şirkəti vətəndaşları aldadıb onlara düzgün sığorta pulu ödəməyib pullarını mənimsəyir ki, bu cinayət əməlidir.Buna görə də "AXA MBAKS" ASC sığorta şirkətinin fəaliyyəti obyektiv araşdırılmalı və barələrində qanunu tədbirlər görülməlidir. Mən bu dələduzluqla məşğul olan sığorta şirkətinincinayət əməlləri barədə Baş Prokurora, Maliyyə Nazirinə və digər orqanlara şikayət ərizələri göndərmişəm.Mətbuat vasitəsi ilə də Baş Prokuror cənab Zakir Qaralovdan və Maliyyə Naziri cənab Samir Şərifovdan xahiş edirəm şikayət ərizəmi mənim iştirakımla obyektiv araşdırıb saxtakarlıqla məşğul olub sığorta pulumu mənimsəyən "AXA MBASK" ASC sığorta şirkəti barəsində cinayət işi başlayıb qanunu tədbirlər görəsiniz.Vətəndaşlara isə xəbərdarlıq edirəm diqqətli olun "AXA MBASK" ASC sığorta şirkətinə inanmayın onlarla heç bir sığorta müqaviləsi bağlamayın sizi də aldadarlar". Qarşı tərəfi də dnləməyə hazırıq... Geri qayıt |