Əsas Səhifə > Hadisə, Manşet > Zaqatalada mədəniyyət məsələsi...
Zaqatalada mədəniyyət məsələsi...9-09-2016, 09:32 |
Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Şəxsi maraqlara xidmət edən əmələrin aşkarlanması faktları ilə üz üzə qalan rayon mədəniyyəti mədəni karrupsiyanın burulğanındadır. Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, kağız üzərində fəaliyyət göstərən bu "mədəniyyət ocaqları” hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldurlar. Ayrılan vəsaitlərin hara sərf olunduğunu isə icra başçıları və və Turizm şöbələrinin müavinləri bilir. Əldə etdiyimiz məlumatlara görə, Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva rəhbərlik etdiyi qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son bir il ərzində külli miqdarda dövlət vəsaiti mənimsəyib. Bu vəsaitin hamısının Zümrüd Ağakişiyeva tərəfindən mənimsənildiyi iddia olunmasa da, bu bir faktdır ki, dövlət vəsaitləri məhz Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdirinin əli ilə silinib. Elə bu nöqteyi-nəzərdən deyə bilərik ki, artıq Zaqatala rayonunda mədəniyyət sahəsində baş verən özbaşınalıqlar əndazə tanımır. Hətta iş o həddə çatıb ki, dövlət büdcəsi tərəfindən ayrılmış pulları silmək üçün müxtəlif vasitələrə əl atılır. Əldə etdiyimiz məlumatlara görə, rayonun mədəniyyət şöbəsinin müdiri Zümrüd Ağakişiyeva bu işləri təkbaşına həyata keçirmir. Yəni bu işində ona yardımçı olan şəxslər var. Qeyd edək hazırda rayon ərazisində 252 mədəniyyət obyekti var. Bunlara misal olaraq, mədəniyyət evi, klub, kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu, Tarixi abidə və sairə göstərmək olar. Deyilənə görə, Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən kitabxanalar və mədəniyyət evlərində, eləcə də digər müəssisələrdə çoxsaylı neqativ halların yer almasına səbəb olur. Sakinlər bildirirlər ki, rayondakı kənd klubları və mədəniyyət evləri hazırda Zümrüd Ağakişiyevanın vəsait silmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu, bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da Zümrüd Ağakişiyevanın "ölü canlarıdır”. Daxil olan məlumatlarda o da deyilir ki, Zümrüd Ağakişiyevanın əsas qazanc yerlərindən biri də, kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən, lakin olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçiləridir. Yəni kəndlərindəki mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzərində fəliyyət gösətirir. Hətta bəzi kənd klubları heç çayxana olaraq da, fəaliyyət göstərmir. Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni yollarla, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Zümrüd Ağakişiyeva tərəfindən mənimsənilir. Hətta o da deyilir ki, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq, hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda Zümrüd Ağakişiyeva tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Göründüyü kimi, rayonun Mədəniyyət və Turizm Şöbəsində kifayət qədər araşdırlmalı məsələlər var. Bizlərin də, bu məsələni gündəmə gətirməkdə, qabartmaqda məqsədimiz məsələnin araşdırılması və mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsidir. Geri qayıt |