Əsas Səhifə > Hadisə, Manşet > Qohumu həbsdə özü isə rüşvət piramidası yaradıb...
Qohumu həbsdə özü isə rüşvət piramidası yaradıb...8-09-2016, 09:53 |
DİA.AZ: - Kürdəmirdə vəziyyət günü-gündən ağırlaşıb. Yerli sakinlərin haqlı narazılığı icra başçısının rayonda yaratdığ rüşvət labrintidir. Rüşvətxorluğun baş alıb getməsi rayonda səfalətin ayaq açması təhtidi ilə üzləşən əhali çaşqınlıq içindədi. Bu barədə bir qrup rayon sakini DİA.AZ-a şikyət məktubu göndərib. Şikayətçilərin yazdığına görə, xərc çəkib bir balaca «budka» qoyularsa və ya müəyyən tikli aparılarsa, icra başçısının adamları ağır texnka ilə həmin əraziyə gəlir. Əraziyə gələn icra başçısının adamları, "birinci göstəriş verib ki, burada alver etmək, ev tikmək olmaz, bu qanunsuzdur" deyir. Narazı sakinlər onu da bildirir ki, kim rüşvət vermir, onu bax, belə cəzalandırırlar. Buna bir son qoyan olacaqmı? İndi biz məcburiyyət qarşısında, ailəmiz ac qalmasın deyə, paytaxt küçələridə xırda alverlə məşğul oluruq. Rayonda olan süni bahalaşmadan da narazı olan şikayətçilər, rayon rəhbərinin onlara zülüm etdiyini, prezidetin tapşırıqları və sərəncamları icra başçısın tərəfindən qulaqarına vurulduğu bildirirlər. Bundan başqa, şikayətçilər yazır ki, dünyaya car çəkirik, Kürdəmirin yiyəsi yoxdur. Əgər bu haqsızlıqlar davam edərsə, icra hakimiyyətinin qarşısında özümüzü yandıracağıq deyən şikayətçilər prezidentdən kömək istəyirlər. Saytmıza daxil olan bir digər şikayətdə isə rayonda vəhabi şəbəkəsinin geniş vüsət almasından bəhs edilir və qeyd olunur ki, rayon gəncləri bu gün kütləvi şəkildə vəhabiliyi qəbul edir: "Səbəbi çox sadədir. Bu gün qohumu (RYTN-ninn sabiq rəhbəri Vidadi Zeynalov nəzərdə tutulur -red.) həbsdə olan icra başçısı Ceyhun Cəfərov elə bir şərait yaradıb ki, kürdəmirli gənclər pulsuzluqdan və ən əsası işsizlikdən vəhabiliyi qəbul edirlər. Özü də kütləvi xarakter alan bu hadisə artıq yerli camaatı da narahat etməyə başlayıb. Kürdəmirə girəndə elə bilirsən ki, Əfqanıstandasan..." Qarşı tərəfi də dinləməyə hazırıq Geri qayıt |