Əsas Səhifə > Hadisə, Manşet > "Bi dənə fü elə..."
"Bi dənə fü elə..."5-09-2016, 08:59 |
“Zaminbank”ın inkasator maşınını içərisində pul olduğu halda, səbəbsiz, zorla cərimə meydançasına apardığı üçün hətta işindən azad edilən İmişli DYP-nin əməkdaşı Xalidi “gözəgörünməz qüvvə” yenidən işinə bərpa olunmasına nail olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209№-li qərarına əsasən ölkədə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əsasən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən: 1.2. Şəxsin sərxoşluğunun xüsusi cihaz vasitəsilə yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə həyata keçirilir. 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Yuxarıda göstərilənlərin artıq heç biri İmişli rayon ərazisində demək olar ki, işləmir. Conflict.az-a etibarlı mənbədən daxil olan məlumata görə rayon DYP-nin əməkdaşları Xalid, Ramin və Şahin Baş Naziin təsdiq etdiyi və icrası məcburi xarakter daşıyan qərara öz əlavələrini ediblər – İmişli DYP-nin əməkdaşları rayon ərazisindəki kafe və restoranların ətrafında sözün əsl mənasında “keşik” çəkirlər. Üstəlik kafe və ya restorandan çıxan istənilən şəxsin ağzını hər hansı alkotester və ya narkotesterdən istifadə etməklə deyil, məhz burunları ilə iyləmək kimi Baş Nazirin Qərarına “əlavə” də ediblər. Xalidin rayon DYP-dəki “səlahiyyətlərinin” hüdudsuz olduğu ilə bağlı Conflict.az-ı məlumatlandıran mənbə qeyd etdi ki, bir neçə gün əvvəl İmişli rayon ərazisində “Zaminbank”ın inkasator maşınını içərisində pul olduğu halda, səbəbsiz, zorla cərimə meydançasına apardığı üçün hətta işindən azad edilib. Lakin “gözəgörünməz qüvvə” Xalidin yenidən işinə bərpa olunmasına nail olub. Mənbənin bilirdiyinə görə təkrar qayıdışından ekstaza gələn Xalid elə ilk gündən “mən əvvəl etdiyim hər şeyə yenidən, yəni sıfırdan başlayacam” – deyə yaxın ətrafı hesab etdiyi şəxslərə söyləyib. İmişlidəki mənbə DYP-də adının açıqlanmasını istəməyən şəxsdən aldığı məlumatda bildirdi ki, Conflict.az-ın bir neçə gün öncə dərc etdiyi məlumatdan və “Zaminbank”ın inkasator maşınını səbəbsiz olaraq cərimə meydançasına aparmasından sonra DİN-in müvafiq idarəsindən məsələni araşdırmaq üçün İmişliyə nümayəndə belə təyin edilib. Bundan əvvəl isə İmişli RPİ-nin rəisinin rayon DYP-nin əməkdaşları Xalid, Ramin və Sahin ilə müvafiq söhbətlərinin olduğunu qeyd edən mənbə, əlavə olaraq bildirdi ki, hər üç polis əməkdaşları ilə aparılan hər hansı tədbir nəticə vermir. Qeyd edək ki, Conflict.az-ın bir neçə gün əvvəl dərc etdiyi məlumatda qeyd olunurdu ki, rayonda dövlət yol polisi əməkdaşlarının özbaşınalığı artıq dözülməz həddə çatıb. Rayon “avtoş”larına daim yaşıl işıq yandıran İmişli yol polisinin əməkdaşları, regionun Bərdə rayonundan sonra ikinci iri və xırda buynuzlu heyvanların satışının təşkil olunduğu bazarına gələn alıcıların və satıcıların əsəblərini artıq tarıma çəkiblər. “Buradan ölkənin bütün regionlarına, əsasən də paytaxta gətirilən iri və xırda buynuzlu heyvanların satışını həyata keçirən şəxslərin hər hansı səbəb göstərilmədən qarşıları kəsilir. Onlardan DYP-nin səlahiyyətlərinə aid olmayan sənədlər tələb edilir. Bu vəziyyət o qədər uzadılır ki, artıq satıcılar bazara gecikməmək üçün tələb olunan hər şeylə razılaşırlar.” – deyən mənbə eyni vəziyyətin alıcılar üçün də təkrar olunduğunu bildirdi. Məlumatı verən mənbə onu da əlavə etmişdi ki, İmişli DYP-sinin Xalid, Ramin və Şahin adlı əməkdaşları bu məsələdə daha “fəallıq” nümayiş etdirirlər. Mənbə onu da bilirmişdi ki, İmişli rayon DYP-nin rəisi Ayaz Cəfərovu belə eşitməyən məlum üçlüyün “fəallıığı”nın qarşısı təcili alınmazsa bu rayonda sosial – iqtisadi imkanları onsuz da zəif olan insanların kütləvi etirazlarına səbəb ola bilər. Məlumatda o da qeyd olunur ki, hətta bazara gələn alıcılar və satıcılar bir neçə dəfə bu cür özbaşınalığa etiraza cəhdlər də ediblər. Lakin bazarın təhlükəsizliyinə nəzarət edən PPX əməkdaşları etirazçıları sakitləşdirməyə nail olmuşdular. Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq. Geri qayıt |