Əsas Səhifə > Hadisə, Manşet > "Özümü yandırmaq olsa da, maşınımı verməyəcəm"

"Özümü yandırmaq olsa da, maşınımı verməyəcəm"


27-08-2016, 10:37
"Özümü yandırmaq olsa da, maşınımı verməyəcəm"
DİA.AZ: - Redaksiyamıza Azərbaycanda fəaliyyət göstərən Rusiya banklarından birinin - "Nikoil Bank"ın müştərisi şikayət edib. Bildirək ki, narazı vətəndaş DİA.AZ-a müraciətinin anonim qalmasını istəyib və bu da anlaşılandır. Bətəndaş istəyini belə izah eir: "Hələ də problemim qalır, Bank isə Azərbaycan qanunlarına görə haqlı görünür. Çünki qanunlarımız onların maraqlarını güdür, VƏTƏNDAŞIN YOX. Ona görə də adımın çəkilməməsini istəyirəm".

Narazı vətəndaş dia-az.site-a yazır ki, 2- il əvvəl əldən hazır kreditdə olan maşın alıb: "Maşının kreditinin arada 1-2 aylıq fasilələr olsa da, tam olaraq ödəmişəm. Amma buna baxmayaraq həmin fasiləni əsas gətirən bank mənə 3 manatdan bir az artıq dəbbə-cərimə hesablayıb. Tələb etməkdədir. Belə də özbaşınalıq olar? Adamlar o qədər harınlayıblar ki, hətta cərimələrinə, faizlərinə belə əlavə olaraq istədikləri formada faiz hesablayırlar və günü bu gün də həmin FAİZ AXINI davam etməkdədir".

"Bilmirəm hara şikayət edim" deyən narazı vətəndaş dia-az.site-a yazır ki, bu probleminə görə, bank xeyli müddətdir avtomobilini axtarışa da verib: "Sağ olsun yol polislərimiz, bizi anlayırlar. Çünki hazıb adamam. Taksilik edirəm. Saxlayıb yalnız xəbərdarlıq edirlər. Bilirlər ki, ailəmi dolandıra bilməyəcəm. Bilirlər ki, bank qanunsuz cərimə faizlərini tələb edir. Onlar da Azərbaycanda yaşayırlar. Onlar da bu xalqdandırlar.

Amma görünür ki, "Nikoil Bank" işçiləri bu millətdən deyillər. Məgər Cahangir Hacıyevin aqibəti onlara dərs olmadı? Nə olsun ki, bu gün arxalarında Rusiya dayanır... Bəs sabah? Sabah hər an hər şey dəyişə bilər.

Onlar bilsinlər ki, maşınımı onlara verməyəcəm. Özümü yandırmaq olsa da, verməyəcəm".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt