Əsas Səhifə > Hadisə, Manşet > Ağdam RİH-də nə baş verir?
Ağdam RİH-də nə baş verir?19-08-2016, 09:30 |
Azərbaycanda bəzi məmurların vəzifə məsuliyyətsizlikləri və vətəndaşlara qarşı olan laqeydlikləri sosial gərginliyi artırmaqda davam edir. Xüsusən də respublikanın əyalətlərində fəaliyyət göstərən bu cür məmurların yarıtmazlıqları ucbatından hər gün nazirliklərə, prezident administrasiyasına onlarla şikayət məktubu ünvanlanır. Ötən sayımızda Ağdam RİH-nin başçısının laqeydliyindən dövlət başçısı İlham Əliyev cənablarına və ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevaya şəhid xanımı şikayət məktubu ünvanlamışdı. Himayəsində 3 uşaq olan şəhid xanımı məktubunda Ağdam RMX-dakı işindən haqsız yerə azad olunmasından və dəfələlə etdiyi şikayətlərə baxılmamasından yazırdı. Qeyd edək ki, Qlobal.az saytında dərc olunan şəhid xanımının məktubuna Ağdam RİH-inin hüquq şöbəsinin müdiri Tahir Abbasov qısa müddət ərzində münasibət bildirəcəklərini desə də, hələ də Ağdam RİH-dən heç bir cavab yoxdur. Bu gün Ağdam rayonunda yaşayan birinci qrup hərbi xidmət əlili Qlobal.az saytının poçtuna rayon rəhbərliyinin laqeydliyi və qanunsuzluğu barədə məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Surəti: Milli Məclisin sədri cənab Oqtay Əsədova Surəti: Respublikanın Baş Prakuroru cənab Zakir Qaralova Ağdam rayon Qasımbəyli qəsəbəsi ev 135-də yaşayan I qrup hərbi xidmət əlili, məcburi köçkün Şıxıyev Rövşən Əyyam oğlu tərəfindən Şikayət ərizəsi Hörmətli cənablar! Nəzərinizə çatdırıram ki, mən dəfələrlə Ağdam Mənzil Kommunal İstismar Sahəsinin müdüri Rizvan Əliyevin qanunazidd əməlləri ilə əlaqədar Respublika Prezidentinə, Milli Məclisin sədrinə, Baş Prakurora və digər aidiyyatı mərkəzi İcra Hakimiyəti orqanlarına çoxsaylı şikayət ərizələri göndərmişəm. Ancaq bu vaxta qədər mənim şikayət ərizələrim araşdırılması üçün Ağdam rayon İcra Hakimiyyətinin aparatına göndərilmişdir. Təəssüflər olsun ki, Ağdam rayon İcra Hakimiyyətinin vətəndaşların müraciətlərinə baxılması şöbəsinin müdüri Ramiz Qədirova bu günə qədər göndərilən məktublar araşdırılmayıb. Ümumiyyətlə rayon İcra Hakimiyyəti aparatına göndərilən məktubların aqibəti barədə mənə heç nə məlum deyil. Ağdam rayon İcra Hakimiyyəti Aparatının vətəndaşların müraciətlərinə baxılması şöbəsinin müdüri Ramiz Qədirov Dövlət Orqanları tərəfindən ona göndərilən məktublara məsuliyyətsizcəsinə vətəndaşa, şikayətçiyə heç bir cavab vermir. Bu da vətəndaşlarada rəsmi dövlət orqanına qarşı etimatsızlıq yaradır ki, bu hal Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının keçirdiyi müşavirələrdə dövlət məmurlarına etdiyi xəbərdarlıqlara heç bir məhəl qoyulmamasıdır. Təyin edildiyi vəzifənin məsuliyyətini, cavabdehliyini Ramiz qədirov ya dərk etmir, ya da ona baxılması üçün məktub göndərən rəsmi dövlət orqanlarını və vətəndaşları saya salmır. Bu məsuliyyətsizlikdir, vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməməkdir ki, bu da dövlət Başçısının hökumətin tələbləri ilə bir araya sığmır və dövlətimizin qanunları ilə vəzifədən sui istifadə etməkdir. Buda qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olmalıdır. Ağdam rayon İcra Hakimiyyəti Aparatının vətəndaşların müraciətlərinə baxılması və qəbulu şöbəsinin müdüri Ramiz Qədirov yerli idarə təşkilat rəhbərləri ilə şəxsi dostluq və digər qaranlıq münasibətlərinə görə yuxarı orqanlar tərəfindən ona göndərilən ərizə və şikayətləri təmin etmir. Bununla da ərizə və şikayətlərə baxılmaması mühüti yaradaraq vətəndaşları, köçkünləri hökümətdən narazı salır. Odur ki, Sizlərdən xahiş edirəm Ağdam rayon İcra Haimiyyəti rəsmisi Ramiz Qədirovun mənim aidiyyatı yuxarı orqanlar tərəfindən Ağdam MKİS-in müdüri Rizvan Əliyevin qanunsuzluqları barədə ona göndərilən şikayətlərimə baxılmamasının səbəbləri və Ramiz Qədirovun əməllərinə hüquqi qiymət verilərək barəsində çox ciddi tədbirlər görülsün. İmza: Şıxıyev Rövşən Əyyam oğlu P.S Qlobal.az saytı olaraq əlavə edirik ki, dünyada və regionda gedən ağır siyasi- iqtisadi böhran ərəfində, referendum kimi respublika əhəmiyyətli siyasi tədbir öncəsi respublika prezidentinə və eləcə də yüksək dövlət rəsmilərinə bu cür sosial məzmunlu şikayət məktublarının ünvanlanması olduqca acınacaqlı haldır. Çox yaxşı olardı ki yerli məmurlar sadəcə vəzifələrinin tələb etdiyi kimi vətəndaşlara, xüsusən də, sağlamlıqlarını və canlarının Vətənimizin azadlığı uğrunda itirmiş insanlara qarşı həssas yanaşsınlar. Ağdam RİH-nin başçısı hörmətli Raqub Məmmədov da məhz Qarabağ savaşında yaxından iştirak etmiş insanlardandır. Və yəqin ki, Raqub müəllimin də yaxın qohumlarından, dostlarından Qarabağ savaşında şəhid olanlar, qazi olanlar var. Ona görə də güman edirik ki, yaxın zamanlarda Ağdam RİH-i şəhid xanımı Mejdinova Kəmalə Vaqif qızının və birinci qrup hərbi xidmət əlili Şıxıyev Rövşən Əyyam oğlunun problemlərini həll edəcək. Geri qayıt |