Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycanda FƏTÖ şəbəkəsi gizlədilir və...

Azərbaycanda FƏTÖ şəbəkəsi gizlədilir və...


11-08-2016, 10:06
Azərbaycanda FƏTÖ şəbəkəsi gizlədilir və...
Türkiyədə baş verən dövlət çevrilişinə uğursuz cəhddən sonra çevrilişin əsas memarı olaraq bilinən FƏTÖ təşkilatlanının dövlət qurumlarında, həmçinin biznes strukturlarında yerləşdirilən paralel şəbəkələri bir-bir ifşa edilirək təhlükəsiz hala gətirilməkdədir.

Çevrilişdən əvvəl də bu prosses Türkiyədə davamlı olaraq və eyni zamanda qismən də Azərbaycanda həyata keçirilirdi.

Çevrilişdən sonra isə Türkiyədə bu prosses tam olaraq bütün sahələri əhatə edib. Türkiyə prezidenti və baş naziri, həmçinin hökümət üzvləri hər fürsətdə Gülən şəbəkəsinin axırına çıxacaqlarını bəyan edirlər. Hətta Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 40 ildə Gülənçilərin bütün dövlət qurumlarına sızdığını bildirərək dövləti sıfırdan yaradacağını belə bəyan edib.

Heç kimə sirr deyil ki, Azərbaycan müsəqillik əldə etdikdən sonra Fətulla Gülənin ardıcılları Azərbaycanda demək olar ki, bütün sahələrdə öz şəbəkələrini qura biliblər. Demək olar ki, Azərbaycandakı şəbəkə Türkiyədəki şəbəkədən heç də zəif deyil və Azərbaycandakı şəbəkə heç də Türkiyəyə deyil, birbaşa Pensilvaniyaya, yəni Fətulla Gülənin özünə bağlıdı.

Türkiyə və Azərbaycandakı şəbəkəni əlaqələndirilməsi və gərəkli olduğunda birlikdə yönləndirilməsi məhz Pensilvaniyadan həyata keçirilir.

Qeyd edək ki, Türkiyədə paralelçilərə qarşı Ərdoğanın çağrışları ilə həyata keçirilən əməliyyatlar Azərbaycandan da yan keçməyib. Gülənçilərlə əlaqəli olduğuna görə iki il əvvəl Elnur Aslanov və Ceyhun Osmanlı, həmçinin Elşad İsgəndərov vəzifələrindən alındılar və Gülənin təhsil sisteminə aid olan bəzi litseylər və hazırlıq kursları sözdə fəaliyyətini dayandırdı. Daha doğrusu adını dəyişdirib fəaliyyətlərini davm etdirdilər. Türkiyədəki çevrilişdən sonra isə Fətullah Gülənin güdazına gedən ilk olaraq ANS telekanalı oldu. ANS telekanalının Gülən şəbəkəsi ilə nə qədər əlaqəli olduğu mübahisəli məsələdir və bu heç də inandırıcı deyil. Bundan sonra isə Fətullah Gülənin Azərbaycandakı əsas qalası olan Qafqaz Universiteti Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin verdiyi qərarla Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verildi. Lakin bu təhsil ocağında hələ də Fətulla Gülən şəbəkəsinin Azərbaycanda yerləşən çəyirdək kadrları qalmaqdadır.

Bütün bunlar öz yerində. Maraqlıdır ki, son günlər Bakıda gülənçilərin biznes şəbəkəsinə aid olan bir çox qurumlar maska dəyişməkdə və özlərini Ərdoğanın tərəfdarları kimi təqdim etməyə başlayıblar. Bu tipli şirkətlərin gizlədilməsində isə yerli məmurlar daha aktiv iştirak etməyə başlayıblar. Belə şirkətlər arasında ilk olaraq Bakıda böyük tikinti layihələri həyata keçirən “Aral Qrup”u göstərmək olar. Qeyd edək ki, “Aral Qrup” bağlı yaxın günlərdə geniş araşdırma yazısı ilə çıxış edəcəyik.

Bu günkü araşdırmamız isə Türkiyənin məşhur “ÖzSüt” restoranlar şəbəkəsi ilə bağlı olacaq. Qeyd edək ki, “ÖzSüt” restoranlar şəbəkəsi Türkiyədə, Azərbaycanda və Fətulla Gülənin məktəblərinin fəaliyyət göstərdiyi və “nurçu şəbəkənin” formalaşdığı digər ölkələrdə fəaliyyət göstərməkdədir. “ÖzSüt” restoranlar şəbəkəsi bir qayda olaraq fəaliyyət göstərdiyi ölkədə Gülənçi şəbəkənin toplaşdığı məkan olur. Şəbəkənin önəmli isimləri bir qayda olaraq “ÖzSüt” restoranlarında diqqət çəkmədən toplanır və fikir mübadiləsi aparırlar.

Azərbaycan da da həmçinin nurçuların qaymaq isimləri Atatürk Parkının təmir olunan hissəsinin sonunda yerləşən “Özsüt” kafesi bir araya gəlirlər. Bir zamanlar bu kafenin ən ünlü qonaqlarında Elnur Aslanov və Ceyhun Osmanlının olması da heç kimə sirr deyil. Lakin son bir ildə Elnur Aslanov və Ceyhun Osmanlı “Özsüt” kafesindən yan keçməkdədirlər. Çünki orda toplaşan digər FƏTÖ-çuları deşifrə etmək istəmirlər.

Xatırladaq ki, 23 Avqust 2014-cü ildə Fətulla Gülən camaatına qarşı mübarizəsi ilə ünlü olan Yenicag.Az saytının baş redaktoru Aqil Ələsgər yazırdı ki, “Xəzər Televiziyasının direktoru Hüseyn Dinləməzin maliyyə yardımı ilə bu kafeni işlədən Sabir Niftəliyev Camaatın gəncləri arasında nüfuz sahibidir. “Özsüt”ün gizli görüş yeri olaraq seçilməsinin başlıca səbəblərindən biri həmin yerin nüfuzlu generallardan birinə məxsus olmasıdır. Camaatın icarəyə götürdüyü bu yer üçün Sabir Niftəliyevi seçməsinin arxasında da “iz itirmə” planı yatır. Baxmayaraq ki, Ceyhun Osmanlı və digərlərinin davamlı olaraq, “Özsüt” müştərisi olması artıq diqqət çəkməkdədir. Kafenin arxa tərəfində söhbət məclisi quran Camaatın gəncləri buradan əsasən görüş yeri olaraq istifadə edirlər. O da bildirilir ki, Xəzər Televiziyasının rəhbərliyi bir sıra dövlət adamları ilə görüşlərini də buraya salaraq, onlardan önəmli xahişlərini burada rica edirlər”.

Qeyd edək ki, hal-hazırda “Özsüt” kafesi yenə də Gülən şəbəkəsinin əsas görüş yeri olmaqda davam etməkdədir. Onu deyək ki, bu yazı hazırlanarkən müxtəlif saytlarda “ÖzSüt restoranlar şəbəkəsinin daha bir şöbəsi fəaliyyətə başladı” adlı yazı yayımlandı. Reklam xarakterli bu yazıda göstərilir ki, avqustun 9-dan etibarən M. Rəsulzadə küçəsi 10 (köhnə Azərbaycan Kinoteatrının yanı) ünvanında yerləşən yeni restoran "ÖzSüt-sevənlər"in ixtiyarına verilib. Göründüyü kimi FƏTÖ şəbəkəsi Azərbaycanda hər gün daha da böyüməkdədir. Və bu şəbəkənin böyüməsində ciddi qurumlar iştirak edirlər. Bu qurumlar və “ÖzSüt” restoranlar şəbəkəsinin FƏTÖ quruplaşmasındakı önəmli yeri barədə ikinci yazımızda daha ətraflı məlumatla tanış olacaqsınız.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (milliyol.az)

Geri qayıt