Əsas Səhifə > Hadisə, Manşet > Vergi sistemindən transfer edən Babaşovun Qazax macəraları

Vergi sistemindən transfer edən Babaşovun Qazax macəraları


29-07-2016, 09:54
Vergi sistemindən transfer edən Babaşovun Qazax macəraları
Bir müddət bundan əvvəl bir neçə rayonun icra başçısı dəyişdirildi ki, həmin rayonlardan biri də Qazax rayonu oldu. Düzdür, təkcə bu rayonun sakinləri deyil, hətta kənardan gəlib bu rayonun ümumi mənzərəsini görənlər də bildirirdilər ki, Ayaz Əsgərov icra başçısı olduğu illər ərzində Qazaxda hansısa əsaslı dəyişikliklər baş vermədi. Belə bir səbəblər üzündən də, şəhərin mərkəzi əraziləri ilə bərabər, kənd və qəsəbələrin də sosial-iqtisadi problemlər tüğyan etdi, sakinlərin haqlı narazılığı pik nöqtəyə çatdı, sakinlərin dövlət qurumlarına olan inamı azaldı və s. kimi problemlər yaşandı. Ümumi vəziyyətin belə bir acınacaqlı duruma düşdüyü bir vaxtda, ölkə rəhbərinin müvafiq sərəncamı ilə Rəcəb Babaşov Qazax rayon İcra Hakimiyyətinə başçı təyin edildi.
Təyinatının ilk günlərindən başlayaraq atdığı bir neçə addımı ilə diqqəti cəlb edən yeni icra başçısından, hər kəs hansısa yenilikləri gözləyirdi. Çünki, həmin yeniliklər hər kəsə az-çox ümid verərdi. Düzdür çox keçmədi ki, cənab Babaşov yeniliklərini etdi, amma hansı yeniliklərini? İndi bir anlığa olub-keçənlərə diqqət yetirək. O, ona verilmiş səlahiyyətlərdən istifadə edərək, ilk öncə bir neçə kənd icra nümayəndəsini daşıdığı vəzifəsindən uzaqlaşdırdı ki, həmin icra nümayəndələrindən biri də rayonun İkinci Şıxlı kənd icra nümayəndəsi oldu. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Ikinci Şıxlı kənd icra nümayəndəsinin daşıdığı vəzifəsinə “əlvida” deməsinə səbəb, guya onun daşıdığı vəzifəsinin öhdəsindən gələ bilməməsi olub. Amma, icra başçısının bu yöndə verdiyi təyinat daha yadda qalan təyinat oldu. Çünki, bu istiqamətdə apardığımız araşdıqmalar, bəzi məqamları ortaya çıxartdı. Belə ki, Rəcəb Babaşov həmin kəndə Qabil Məmmədovu icra nümayəndəsi təyin edir.
Qabil Məmmədovun həyat tarixçəsi ilə az-çox araşdırma apardıqda o da məlum oldu ki, o, 1992-1993-cü illərdə hərbi xidmətə çağrılsa da, hərbi xidmətə yarasız olur. Buna da əsas səbəb, onun Qazax Rayonlararası Ruhi-Əsəb Dispanserində qeydiyyatda olması olur. O halda bizi şoka salan hal o oldu ki, görəsən yeni icra başçısı sağlam bir kadr tapa bilmədimi ki, təqribən 5 min nəfərdən çox sakini olan bir kəndin idarəçiliyini bir “dəli”yə tapşırdı və belə bir kadrlarla da, ətrafına öz “kruqu”nu toplayır. Təəssüf doğuran hal odur ki, cənab Babaşovun ilk təyinatı belə bir kadrdan ibarət olursa, deməli vəzifəyə yeni təyin etdiyi digərlərinin də həyat tarixçəsi şübhəli məqamlarla dolu ola bilər.(deryaz)İcra başçısının qol qoyduğu yeniliklərdən biri də, rayonun “Bayraq meydanı” ərazisindəki “kruq”u sökdürməsi oldu. Bununla bağlı əldə etdiyimiz digər məlumatlarda o da bildirilir ki, əgər köhnədən inşa olunan “kruq”un hündürlüyü hərəkətdə olan avtomobil sürücülərinin bir-birini görməsinə nə qədər problem yaradırdısa, hal-hazırda fərqli vəziyyət əmələ gəlmişdir. Yəni, bu gün cənab Babaşovun birbaşa diqtəsi və nəzarəti altında inşa olunan “kruq”un hündürlüyü bir qədər də qaldırıldığından, həmin ərazidə qəza hadisələrinin başvermə ehtimalı daha da çoxalmaqdadır. Bu da yeni icra başçısının qazaxlılara və həmin yoldan gəlib-keçənlərə bəxş etdiyi “hədiyyə” ilə bərabər, dövət vəsaitinin mənimsənilməsi üçün tətbiq olunan yeni variantdır.
P.S. İkinci Şıxlı kəndinə icra nümayəndəsi təyin olunan Qabil Məmmədovla əlaqə saxlayıb, ona ruhi-əsəb xəstəsi olub-olmaması barədə sual verdikdə, o, bildirdi ki, “mən doğrudan da hərbi xidmətə gedən zaman Qaradağ rayonunun Pereküşkül qəsəbəsində həkim müayinəsindən keçirildim. Həmin vaxt yarasız olduğum ortaya çıxdı və məni geri qaytardılar”.

Geri qayıt