Əsas Səhifə > Hadisə, Manşet > Cavid Qurbanovun gördüyü işlər necə hörmətdən salınır...
Cavid Qurbanovun gördüyü işlər necə hörmətdən salınır...18-07-2016, 09:45 |
Məlum olduğu kimi, MM-in deputatı Cavid Qurbnov "ADY"QSC-yə sədr seçildikdən sonra, dəmiryolu sahəsində son 30 il ərzində görünməyən əsaslı təmir işlərinin aparılmasına qərar verdi. Bu sahədə aparılacaq yenidənqurma və təmir işlərinin təkcə paytaxtda deyil, eyni zamanda ölkənin qərb istiqamətində də aparılacağını bildirdi. Nəhayət, dəmiryoluna aid idarə və müəssisələrin uzun illərdən bəri ilk dəfə olaraq, əsaslı təmirinə başlanıdı. Əsasən Gəncə istiqamətində yerləşən bir neçə idarə və müəssisədə təmir-bərpa işləri başa çatsa da, bir çox müəsisələrdə hələ də əsaslı təmir-bərpa işləri davam etdirilməkdədir. Belə müəssisələrdən olan və tam yararsız vəziyyətə düşmüş Gəncə dəmiryol xəstəxanası, dəmiryol poliklinikalarıdır. Hal-hazırda Cavid Qurbanovun göstərişi ilə dəmiryolçuların istifadəsində olan xəstəxanın fəaliyyəti dayandırılmadan, içərisində əsaslı təmir işləri aparılsa da, xəstəxananın həyətində alaq otları boğaza çıxır. Bir sözlə, adı çəkilən ünvanda təmir-bərpa işləri davam etdirilsə də, qızmar yay günlərində xəstəxananın həyət-bacası susuzluqdan od tutub yanır. Qızmar yay günlərində xəstəxanadan çıxıb poliklinikaya getmək, hər kəsdən risq tələb edir. Xəstəxananın texniki işçiləri olduğu halda alaq otları içərisində ilan yuvalarına şəraitin yaradılması, təmizlik işlərinin aparılmaması bu gün hər kəsi təəccüb içərisində qoymaqdadır. Ştat cədvəlində baş həkimin təsərrüfat məsələləri müavini vəzifəsini daşıyan Rafel kişi, uzun illərdir ki, baş həkimin şəxsi tapşırıqlarını yerinə yetirməklə məşğul olur. Yəni, o, təmizlik işləri aparmaqdan başqa, hər bir işlə məşğul olur. Baş həkimi Vidadi Seyidovun yanına gəlib-gedənlərin sayca çox olması səbəbindən, “zavxoz Rəfael” adı ilə tanınan bu şəxs, həm də qoçuluq etməklə də məşğul olur. "Gündəm Xəbər"ə daxil olan məlumatda o da bildirilir ki, adı zaman-zaman TSEK-lə bağlı maxinasiyalarda hallanan Vidadi həkimə məxsus iş otağının qapısını döyənlər çox olsa da, o hələ ki, yerini möhkəm tuta bilib. Ümumiyyətlə xəstəxananın problemləri göz qabağındadır. Dəmiryolçular dəqiq laboratoriyası ilə sayılıbseçilən xəstəxanaya, yalnız yay mövsümündə "bulliten" üçün üz tuturlar. Verilən məlumatlara görə, Vidadi həkim "ADY"QSC-nin həkim-snitar xidmətinin rəisi vəzifəsini daşıyan Adil Şükürova bağlı şəxsdir. Onun Adil Şükürovla anlaşması, elə işin gedişatından da bəlli olur. "Gündəm Xəbər"ə daxil olan məlumatda o da bildirilir ki, Gəncə Dəmiryol Xəstəxanasında təmir-bərpa işlərinin getdiyi bir vaxtda, xəstəxananın hər şöbəsində 20- 30, ümumumilikdə isə, 165-170 çarpayılıq yerlik xəstəxanada adı olan, amma özü olmayan xəstələrə gündəlik ərzaq məhsulları və dərman preparatları da ayrılır. Xəstəlik tarixçəsi kitabında adları qeyd olunan və təqaüdə çıxarılan dəmiryolçulara ayrılan vəsaitlər də, rəhbərlik tərəfindən mənimsənilir. Vidadi Seyidov baş həkim təyin olunduqdan sonra, müəyyən ixtisarların getməsinə baxmayaraq, o, bu günədək qanuni, qeyri-qanuni yollarla olsa belə, xəstəxanaya 150 nəfərə yaxın işçi qəbul edib. Xəstəxananın mətbəxində adı stat cədvəlində olan, amma özü iş üzü tanımayan işçilər də fəaliyyət göstərməkdədir. Vidadi Seyidovun soykökünün Qərbi Azərbaycandan olması, deyilənlərə görə əmisi oğlunun Bakı şəhərində məsul vəzifə daşıması, onun karına gələn məsələlərdir. Daxil olan məlumatlarla bağlı xəstəxananın baş həkimi V.Seyidova müraciət etsək də, ona ağ xalatsız katibəlik edən xanım bildirdi ki, “həkim sizinlə görüşə bilməyəcək”. Bir neçə dəfə "ADY"QSCnin həkim sanitar xidmətinin rəisi Adil Şükürovla, günün müxtəlif saatlarında əlaqə saxlamaq istəsək də, istəyimiz elə istək olaraq qaldı. Həftə ərzində Adil Şükürovun işdə olmadığını da dəqiqləşdirə bildik. Deməli, Vidadi həkim doğrudan da əyləşdiyi “kreslo”sunu bərk-bərk “bron”lada bilib. Gəncə Dəmiryolu Vağzalında tibb məntəqəsi, qonşu ölkələrdən gələn qatarları nəzərə almırlar "Cündəmxəbər"ə Gəncə Dəmiryolu Vağzalında fəaliyyət göstərən tibb məntəqəsinin 01 iyul 2016-cı il tarixdə, yəni saat 23:00-dan sonra bağlı olması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olan məlumatları araşdırmaq üçün, dəmiryolu vağzalında fəaliyyət göstərən tibb məntəqəsinə yollandıq. Məntəqənin baş tibb bacısı olan Balabəyim Mahmudova, özünü tibb məntəqəsinin rəhbəri kimi təqdim edib bildirdi ki, ötən gecə qonşu ölkələrdən, o cümlədən Gürcüstandan gələn Tbilisi-Bakı reysi Gəncəyə daxil olan zaman tibb məntəqəsi bağlı idi. O bunu onunla əsaslandırdı ki, “evə iynə vurmağa getdiyim üçün, ötən gecə məntəqə bağlı olub” dedi. Az sonra o da məlum oldu ki, həmin gün baş tibb bacısı Balabəyim Mahmudovadan başqa məntəqədə daha bir işçi, “feldşer” Rəcəbov Rizvan da iş başında olmayıb. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, adıçəkilən “feldşer”I bir kimsə məntəqənin ərazisində görən olmayıb. Çünki həmin şəxs hansısa özəl şirkətdə çalışdığından, onun adı məntəqədə, özü isə həmin şirkətdə olur. Balabəyim Mahmudova onu da bildirdi ki, “əgər hər hansı vətəndaşın halı qızmar yay günlərində pisləşərsə, o halda ona təcili tibbi yardım da çağırarıq” deməklə kifayətləndi. Deyəsən belə bir gedişlə “Hippokrat andı” nə Gəncə Dəmiryolu Vağzalında, nə də ki, Dəmiryolu Xəstəxanasında keçmir. Geri qayıt |