Əsas Səhifə > Hadisə, Manşet > Goranboyda rəsmən söylənən yalanlar...

Goranboyda rəsmən söylənən yalanlar...


5-07-2016, 09:50
Goranboyda rəsmən söylənən yalanlar...
Bu günlərdə “Gündəm Xəbər” ə olduqca ilginc fakt daxil olub. Sən demə, möhtərəm prezident cənab İlham Əliyevi hələ deputat olanda da aldadan məmurlar varmış. Söhbət Goranboy rayonu Dəliməmmədli şəhər bələdiyyəsindən və o zamanki yerli İHB rəsmilərindən gedir...

Redaksiyamıza daxil olan məlumatlara görə, Dəlimməmmədli şəhər adını, statusunu alsa da bir çox halda şəhər standartlarından xeyli uzaq düşüb. Daha dəqiq desək, bu şəhərdə yaşayan insanlara lazımi şəraitin yaradılmasına mane olan,bu məqsədlə Prezident İlham Əliyevə də yalanlar “danışan” məmurlar var... Hələ 2002-ci ildə İlham Əliyev Milli məclisin deputatı olarkən, ölkə idmanının inkişafına xüsusi önəm verib.Azərbaycanın idman ölkəsinə çevrilməsinə əvəzsiz töhfələr verib.Bu gün də bu siyasətinə sadiqdir.

Lakin... 2002-ci ildə Goranboydan və Dəliməmmədli şəhərindən olan bir qrup sakinin Milli Məclisin deputatı İlham Əliyevə müraciətləri qeydə alınıb.Müraciətdə Dəliməmmədli şəhərində yaşayan gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün, eləcə də şəhərdə idmanın inkişafı üçün stadionun tikilməsi məsələsi qoyulub.

Müraciət deputat tərəfindən müsbət qarşılanıb və İlham Əliyevin şəxsi təşəbbüsü ilə Goranboy rayonu Dəliməmmədli şəhər bələdiyyə şurasının qərarı ilə bələdiyyə fondundan 1,20 ha torpaq sahəsi ayrılaraq gənclərin istifadəsinə “verilib”. Yazılanlar Goranboy İHB başçısının Dəliməmmədli şəhər sakini, Ələsgərov İlqar Müzəffər oğluna yazılan 30. 08. 2002 ci il tarixli cavab məktubunda da öz əksini tapır. Lakin indiyədək Dəliməmmədli şəhərində stadionun və hansısa idman qurğusunun olmaması, deməyə əsas verir ki, 2002-ci ildən bəri həm Dəliməmmədlilər,həm də İlham Əliyev bələdiyyənin və icra hakimiyyətinin yazılı məktubları ilə aldadılıblar. Formal olaraq öz yoluna qoyulan stadion məsləsində maraqlı məqam isə,2002-ci ildə stadion adı altında ayrılan 1,20 ha torpaq sahəsinin bələdiyyə tərəfindən vətəndaşlara fərdi ev tikintisi üçün satılmasıdır. Hazırda stadion məqsədilə ayrılan həmin ərazidə evlər tikilib və İlham Əliyevin təşəbbüsü ilə illər öncə ayırdığı torpaq sahəsi və gənclərin idmana sevgisi əllərindən alınıb.Dəliməmmədli şəhər sakinləri onlara stadion tikiləcəyini səbirsizlikdə gözləyirlər...

Geri qayıt