Əsas Səhifə > Hadisə / Manşet > В«Antalya MehmanВ» uzun müddət Akif Çovdarovun nəzarətində olub
В«Antalya MehmanВ» uzun müddət Akif Çovdarovun nəzarətində olub28-06-2016, 09:09 |
![]() Artıq hər kəsə bəllidir ki, bu gün paytaxtın müxtəlif ərazilərində kafe, gözəllik və masaj salonu, otel adı altında çoxlu sayda əxlaqsızlıq yuvası fəaliyyət göstərir və onların bir çoxu əslən Şuşadan olan В«Antalya MehmanВ» kimi tanınan şəxsin nəzarətindədir. Belə ki, Səbail rayonu, Xaqani küçəsi 23/24 ünvanında yerləşən В«AQVAВ», Nəsimi rayonu Səməd Vurğun küçəsindəki В«HİLSВ» və Yasamal rayonu ərazisindəki В«Vostoçnı BereqВ» massaj salonlarının, o cümlədən В«QalaВ» kafesinin В«Antalya MehmanВ»a məxsus olduğunu vurğulayan mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, sözügedən obyektlər məhz В«pritonВ», yəni qadınların cinsi istismara məruz qaldığı, pul qarşılığında müştərilərə satıldığı, onlara intim xidmət göstərdiyi əxlaqsızlıq yuvasıdır. В«Antalya MehmanВ»ın Bakıda qumarxanaların nadir olduğu dönəmlərdə bu tip obyektə sahib olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, o, oynatdığı oyunu özü oynamağa başladığı gündən iflas etməyə başlayıb: В«Həmin dönəmlərdə В«Antalya MehmanВ»ın əlində külli miqdarda vəsait dövr edirdi. Lakin o, qumara qurşandıqdan sonra xeyli pul uduzub. Bir müddət sonra isə Nobel prospektindən Zığ qəsəbəsinə gedən yolun sol istiqamətində В«AntalyaВ» restoranını icarəyə götürməklə yenidən arenaya qayıdıb. O, bir müddət həmin obyekti işlədikdən sonra şəhərin mərkəzində bir necə masaj salonu açıb. İlk günlər massaj salonu kimi fəaliyətdə olan bu obyektlər sonradan fahişəxanalara çevrilib. Lakin nədənsə o vatdan indiyədək Mehmanın əməllərinə hüquqi qiymət verilməyibВ». В«Pritonlar kralıВ» olan В«Antalya MehmanВ»ın şəriklərindən birinin keçmiş OMON-çu Arif adlı şəxsin olduğunu iddia edən mənbənin sözlərinə görə, bu şəxs OMON hadisələri zamanı həbs olunub, uzun müddət həbsdə yatdıqdan sonra azadlığa buraxılıb: В«Deyilənlərə görə, daha sonra isə В«Antalya MehmanВ»la əlaqə quraraq, şəhərin mərkəzi də daxil olmaqla xeyli sayda sauna, masaj salonları açmağa nail olub. O da bildirilir ki, В«Antalya MehmanВ» uzun müddət MTN-nin hazırda həbsdə olan, adı ən ağır cinayət hadisələrində hallanan Akif Çovdarovun nəzarətində olub. Məhz elə bu səbəbdən də В«Antalya MehmanВ»ın sahibi olduğu əxlaqsızlıq yuvalarında intim xidmətlər heç də gizli, qapalı şəkildə həyata keçirilmir. Açıq şəkildə həyata keçirilən prosesdən əldə olunan gəlirlər isə В«Antalya MehmanВ» və şərikləri arasında bölüşdürülür. Deyilənlərə görə, В«Antalya MehmanВ»ın himayəsində və işlətməsində olan В«pritonВ»larla bağlı sosial şəbəkələrdə də qruplar yaradılıb. Həmin qruplarda isə sözügedən masaj salonlarında, kafe və otellərdə intim xidmət göstərən qızların özlərini reklam etdikləri, habelə qiymətlər barədə məlumatlar yer alır. Lakin buna baxmayaraq, hüquq-mühafizə orqanları hələ də В«Antalya MehmanВ»ın barəsində müvafiq tədbir görmür, onun sahibi olduğu əxlaqsızlıq yuvalarının fəaliyyətinə son qoymayıblar. Görünür, kimlərsə В«Antalya MehmanВ»ın himayədarından çəkinir, ehtiyat edir...В» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |