Əsas Səhifə > Hadisə, Manşet > Ziya Məmmədov hələ də Cavid Qurbanovun peşini buraxmayıb

Ziya Məmmədov hələ də Cavid Qurbanovun peşini buraxmayıb


21-06-2016, 09:24
Ziya Məmmədov hələ də Cavid Qurbanovun peşini buraxmayıb
“Azərbaycan Dəmiryolları” QSC-yə sədr təyin edildikdən bir neçə gün sonra Cavid Qurbanov bir sıra ənənəvi mətbuatda tənqid olunmağa başladı. Bir-birilə yarışırmış kimi bəzi sayt rəhbərləri Cavid Qurbanovu tənqid edib, onun haqqında məlumatı sosial şəbəkədə paylaşarkən eyniliyi çeynənmiş formada bu gün də təkrarlayırlar. Təbii, bunun haradan qaynaqlandığını Cavid Qurbanovun özü daha yaxşı bilər. Amma o da həqiqətdir ki, Cavid Qurbanovun “Azərbaycan Dəmiryolları” QSC-yə sədr təyin edilməsindən sonra bu qurumda çalışan bir çox şəxs narahat olmağa başladı. Belə ki, yeni sədr “Azərbaycan Dəmiryolları” QSC-də uzun illərdən bəri yığılıb qalan, çoxsaylı problemlərə əl gəzdirdikcə rəqibləri tədirgin olurdular. Ziya Məmmədov, Arif Əsgərov qvardiyasının kök salmış üzvləri yeni sədrin QSC-yə təzə ab-hava gətirdiyinin fərqindəydilər. Demək ki, qorxuya düşmələrinə ictimaiyyətin bu gün də bilmədiyi səbəblərin olması şübhəsizdir.

Faktinfo.az saytının əldə etdiyi məlumatlardan aydın olur ki, narahatlığa səbəb, təbii ki, idarə və şöbələrdə yoxlamaların aparıla bilməsi, dəmir yolunun son illər rentabelliliyinin aşağı düşməsinə səbəb olan amillərin təhlili, buna dair müəyyən şəxslərin cəzalana bilməsi idi. Çünki, aparıla biləcək yoxlamalar uzun illər bu qurumda “at oynadıb” dövlət maraqlarına zidd hallara yol verən onlarla şəxsin ürəyincə deyildi. Bəzi qurumlarda olduğu kimi ,dəmir yollarında da onlarla şəxsin cinayət tərkibli əməlləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırıla bilərdi. Onlar bu səbəbdən artıq yəqin etmişdilər ki, yeni sədr dəmir yollarında işə götürülən işçilərdən rüşvət alınmasının qəti əleyhinədir, tabeçiliyində olan şəxslərdən rüşvət tələb etmir və belə halı heç kimə bağışlamayacağını əvvəlcədən bəyan edib. Demək, köklü şəkildə aparıla biləcək yoxlamalara C.Qurbanov tərəfdən razılıq veriləcəyi mümkün variant kimi gündəmə gələ bilərdi.

Belə olan halda, külli miqdarda sərvət toplayıb, milyonlara sahiblənən dəmir yolundakı “oliqarxiya” və onların kənardakı havadarları anladı ki, Cavid Qurbanov barəsində qısa zaman kəsiyində yuxarı dairələrdə mənfi rəyin yaradılması mümkün deyil. Digər tərəfdən, ölkə prezidenti İlham Əliyev ona inanıb, etimad göstərib. O isə etimadı doğrultmaq üçün dəmir yolunda islahatlara başlayıb.

Hazırda zaman “oliqarxiya”nın əleyhinə işləyir, “isti kökə”dən məhrum ola bilmə hər an baş verə bilər. Bu səbəbdən ümid ancaq mətbuata qalır. Bir zamanlar çirkin işlərinin aşkarlanmaması üçün sığındıqları mətbuatda Cavid Qurbanovu böhtan dolu məqalələrlə hədəfə gətirirlər ki, bəlkə baş verə biləcək təhlükə sovuşa. Beləliklə, müəyyən təyinatlı mətbuat günümüzə qədər Cavid Qurbanovun hər bir işində nöqsan axtarışına çıxıb, yalan yazıb ictimaiyyəti çaşdırmaq yolunu tutub.

“Cavid Qurbanovu MTN-in hansı zabiti müdafiə edib?”, “Cavid Qurbanov Dədə Şəmşirin kitablarını satdırır”, “Eldar Həsənovla Cavid Qurbanov kimə qarşı birləşib?”, “Cavid Qurbanovun gizli siyasi sevdası” və digər vurğulamadığımız belə başlıqlı məqalələr fikirlərimizə əyani sübutdur. Hətta, bir az əvvəl Cavid Qurbanova əks düşərgədə olanlar üçün “Standart & poor`s” Beynəlxalq Reytinq Agentliyinin “Azərbaycan Dəmiryolları” QSC üçün “Kreditreytinqini BB” proqnoz və negativi mənfi səviyyədə xarakterizə etməsi belə göydəndüşmə oldu. Buna sevinənlər bir neçə həftə bəzi KİV-lərdə “hesabat”dan şəxslərinə faydalanmağa başladılar. Amma dəmir yolundakı vəziyyəti acınacaqlı hala saldıqlarına görə özlərini qınamadılar. Bu o zaman baş verdi ki, yeni sədr kadr islahatlarını mərhələli qaydada aparıb, dəmiryolu vasitəsilə daşınan yüklərin azalma səbəbini təhlil edir, alternativ yollar axtarırdı. Hazırda da Cavid Qurbanov hədəfinə çatmaq üçün müəyyən yollar arayır, səhəri kabinetdə açır. Görünən odur ki, onun üçün başlıca prioritet məsələ ölkədə baş verən ixtisarların “Azərbaycan Dəmiryolları” QSC-də çalışan işçilərə şamil olunmamasını və QSC-də aparılan təmir və tikinti işlərinin dayandırılmamasını təmin etməkdir. Qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün “Azərbaycan Dəmiryolları” QSC-yə sədr təyin olunmasından əvvəl aşağı düşən yük daşınmalarının səviyyəsini ölü nöqtədən tərpətmək mütləqdir.

Hazırda C.Qurbanov məsuliyyətli bir məsələnin altına girdiyini, ona göstərilən etimadı doğrultmaq üçün sərf etdiyi zamanı məqsəd bilib, mübarizədən qalib ayrılmaq istəyir. Köhnə qvardiya üzvləri isə bunu istəmir, qürub etmələrinin səbəbkarı kimi Cavid Qurbanovu görür, onun “Azərbaycan Dəmiryolları” QSC–ni vəziyyətdən çıxara bilməyəcəyinə dair fikirlərini isbatlamaq üçün mənfi fikir sərgiləyirlər. Demək, Cavid Qurbanovun hədəfə alınması səbəbsiz deyil.

Geri qayıt