Əsas Səhifə > Hadisə, Manşet > Bakı meri postuna daha bir iddialı var

Bakı meri postuna daha bir iddialı var


10-06-2016, 10:02
Bakı meri postuna daha bir iddialı var
DİA.AZ: - Dünən sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən azad edildiyi haqda məlumatlar yayıldı. Əslində bu kimi xəbərlər illərdir yayılsa da, məmurlar arasında az qala "Ölməz Kaşey" imicini qazanan Abutalıbov hələ də mövqelərini qoruyub saxlamaqdadır. DİA.AZ bildirir kiu, amma bununla yanaşı, onlarla sima da Abutalıbovun postu uğrunda mübarizəyə maraq göstərib. Bu sırada kimlər olmayıb...

Əldə etdiyimiz xəbərlərdən aydın olur ki, BŞİH rəhbəri postuna iddialılar sırasına daha birisi də əlavə olunub. Bu barədə məlumatlı mənbənin dia-az.site-a söylədikləri: "Keçən il mövqelərini zar-zor qoruyan Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun yeni planı BŞİH-ə rəhbər təyin olunmaqdır. Bununla bağlı artıq müəyyən dairələrlə danışıqlar da aparır. Əgər bu fakt ortada varsa, deməli, Abutalıbov nəhayətdə yola salınacaq".

Mənbə onu da əlavə etdi ki, Hakimiyyətin çeşidli dairələri tərəfindən dəstəklənən İsgəndərovun Bakı meriyasına rəhbər gətirilməsinə çalışanlar sırasında Vergilər Naziri Fazil Məmmədov da var.

Geri qayıt