Əsas Səhifə > Hadisə, Manşet > Deputat olsa da, vəzifəsini buraxmaq istəmir...
Deputat olsa da, vəzifəsini buraxmaq istəmir...6-06-2016, 09:30 |
Xaçmazın deputatı Eldəniz Səlimov Milli Məclisdə əyləşsə də, özünü keçmiş iş yerindəki kimi hiss edir. JAM.AZ xəbər verir ki, Xaçmaz şəhər İcra Nümayəndəliyinin rəhbərliyindən deputatlığa transfer olan Səlimovun bu gün idarə etdiyi avtomobil də elə köhnə iş yerinindir. Məlumata görə, Xaçmazın deputatının hazırda idarə etdiyi avtomobilin dövlət nömrə nişanı 27 AA 004-dür. Bu dövlət nömrə nişanı rəsmi dövlət qurumuna, yəni Xaçmaz Şəhər İcra Nümayəndəliyinə məxsusdur. Amma onun hələ də deputatda qalması, bu nömrəylə avtomobil idarə etməsi kifayət qədər maraqlıdır. JAM.AZ xəbər verir ki, Eldəniz Səlimov qanuna əsasən deputat seçildikdən sonra İcra Nümayəndəliyinə məxsus olan avtomobili və digər şeyləri təhsil verməliydi. Bu gün belə onlardan istifadə etmək hüququ yoxdur. Amma görünən odur ki, deputat dövlətə məxsus olan avtomobildən şəxsi məqsədlər üçün istifadə edir. Üstəlik, onun yerini tutmuş icra nümayəndəsinin isə hansı avtomobildən istifadə etdiyi hələ də məlum deyil. Geri qayıt |