Əsas Səhifə > Hadisə, Manşet > Akif Süleymanov üçün çətin dönəm başlayır...

Akif Süleymanov üçün çətin dönəm başlayır...


21-05-2016, 09:33
Akif Süleymanov üçün çətin dönəm başlayır...
Hər gün qəzetlərdə, saytlarda orta məktəblərdən başlamış universitetlərə qədər müxtəlif təhsil müəssisələri ilə bağlı onlarla tənqidi yazıya rast gəlmək mümkündür. Azərbaycan Texnologiya Universiteti bu baxımdan adı ən çox hallanan təhsil ocaqlarından sayılır.

Faktinfo.az saytına verilən məlumata görə, işdən çıxarılacağını bilən Akif Süleymanov bu yay univerisitetdən külli miqdarda rüşvət yığmağı qarşısına məqsəd qoyub. Belə olmasaydı, digər universitet rektorlarının ehtiyatla yanaşdığı bu məsələyə Akif müəllim də eyni tərzi nümayiş etdirərdi.Yəni, yay semestr imtahanları başlamamış diplom müdafiəsinə məzunlardan bəri başdan 500-800 manat civarında rüşvət yığdırmaz, səbrli davranar, diqqəti üzərinə çəkməzdi.

Hələ ötən ilin əvvəllərində xəbər yayıldı ki, Maliyyə Nazirliyinin Mais adlı əməkdaşının rəhbərliyi ilə Azərbaycan Texnologiya Universitetində yoxlama aparılıb və 1 milyon 500 min manatdan artıq vəsaitin mənimsənilməsi faktı aşkarlanıb. Bundan sonra ATU-da aləm bir-birinə dəydi. Rektor Akif Süleymanov məsuliyyətdən yayınmaq üçün bütün günahları təsərrüfat işləri üzrə prorektor Aslan Quliyevin üzərinə yıxmağa çalışdı. Prorektor isə onluq bir işin olmadığını bildirdi. Sonradan məlum oldu ki, bütün mənimsəmə faktlarının başında rektor və onun havadarları dayanıb. Aslan Quliyev Akif Süleymanovdan xəbərsiz heç nə etməyib. Amma, hər bir halda rektor məsuliyyətdən kənarda qaldı. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin ona kömək etdiyini bir-iki məclisdə iftixar hissinə çevirib, bundan şəxsinə faydalana bildi.

Hazırda isə Elmar Vəliyev də reputasiyasını Akif muəllimə görə, hardasa, zərbə altında qoymaq istəmədiyindən rektoru müdafiə etməkdə çətinlik çəkir – deyə, verilən məlumatlarda qeyd olunur. Bu isə Akif müəllim üçün o anlama gəlir ki, universitetdəki aparılmış maliyyə yoxlaması ilə bağlı açılan cinayət işi yekunlaşır, o ən azı işini itirəcək. Bu səbəbdən yay semestr imtahanları və digər yarımçıq qalmış işləri xeyrinə yekunlaşdırmaq istəyir.

Məlumat üçün bildirək ki, bir il bundan qabaq Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanova işində yol verdiyi nöqsanlara görə, təhsil naziri M.Cabbarov tərəfindən töhmət verildi. Ardınca dörd dekan işdən azad edildi. Halbuki, laboratoriyalara, kafedralara alınmalı olan avandanlıqlar, hətta kimyəvi məhlul belə “kağız” üzərində həyata keçirilmişdi, ayrılan vəsait Akif Süleymanov tərəfindən mənimsənilmişdi, dekanların elə də ciddi nöqsanları yox idi. Çünki, Maliyyə Nazirliyinin aşkarladığı 500 min manatdan çox mənimsənilən vəsaiti dekanlar deyil, rektor və havadarları mənimsəmişdi. Əksnə, dekanlar semestr imtahanlarından kəsilən tələbələrə kredit pulunu artıq yazmaq üçün məcbur edilirdi. İmtahanlardan kəsilən tələbələrin appelyasiya şikayəti verməsi az idi. Gərək hər bir fənn üzrə imtahan kəsirinə tələbələr 500 manat rüşvət də verəydilər. Belə olan təqdirdə Akif Süleymanovun məsuliyyəti yoxmuş kimi davranması necə təəccüb doğurmaya bilərdi. Universitetin əksər müəllim və tələbələri baş alıb gedən bütün qanunsuzluqların, talançılığın, rüşvətxorluğun,

intizamsızlığın, qohumbazlığın və digər negativ halların əsl günahkarı kimi Akif Süleymanovun adını çəkir, bunu nümayiş etdirmək üçün etiraz aksiyası təşkil etmək istəyirdilər. Qayıbı belə tələbəyə güzəştə getməyən rektor qayıba görə tələbədən 8 manat pul aldırırdı. Tələbələrdən alınan illik təhsil haqlarını müxtəlif təyinatlar üzrə silib mənimsəyirdi. Orada ədalətli yoxlama aparılsaydı, universitetə ayrılmış vəsaitlərin və büdcədən kənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair milyonlarla manat vəsaitin mənimsənilməsi ilə bağlı faktların aşkarlanması da mümkün idi.

Ödənişli əsaslarla təhsil alan tələbələrə qanunla təqaüd kartının verilməsinə icazə olmadığı halda bunun Akif Süleymanov tərəfindən ”qanuniləşdirilməsi”, ATU-da 200-dən çox tələbənin adına kart açıb dövlət əmlakını talaması hallarının aşkarlanması dediklərimizin sübutudu.

Hətta o zaman mətbuat yazmışdı ki, dərs prosesində qəflətən reydlər təşkil edilsə, məlum olar ki, əslən Gəncə ətrafındakı rayonlardan olan tələbələrin böyük əksəriyyəti dərsə gəlmir, bunun qarşılığında 800-900 manat rüşvət verirdilər. Əvəzində semestrə qədər olan aylarda onlara lazım olan qədər bal yazılırdı. Semestr boyu qayıbları qeydə alınmır və normal davamiyyət yazılır, imtahan zamanı 25 sualdan 9-10-na düzgün cavab verdikləri qeyd edilirdi.

Əksinə, gündəlik dərsə gələn digər tələbələr 500-600 manat xərcə düşməli olurdular. Hər gün dərsə gələn, yaxşı oxuyan, laboratoriya işlərini normal verən, ancaq maddi imkanı zəif olan tələbələr isə imtahanlardan kəsilir, incidilir, uzun müddət get-gələ salınırdı.

Maraqlıdır ki, bütün bunların müqabilində ali məktəb daxilindəki hərc-mərclik, narazılıq rektorun işindən alınmasına yetərli olmadı, Akif Süleymanovun mövqeyini qorudu. Bir az sonra dörd fakültədə dekan seçkiləri belə saxta keçirildi. Standartlaşma və Texnologiya fakültəsi üzrə beş namizədin arasından Əsgərov Namiq, Məlikov Məhəmməd, Hacıyev Rövşən, Namazov Qəhrəman yox, qaraj müdirinin oğlu olan Musayev Həsənin xeyrinə bulletenlər saxtalaşdırıldı və o dekan seçildi. On üç il əvvəl rüşvət üstündə ATU-dan qovulan şəxs indi necə yenidən dekan seçildi, Akif Süleymanovdan soruşan olmadı. Ardı var…

Geri qayıt