Əsas Səhifə > Hadisə / Manşet > Etibar Pirverdiyevlə Marlen Əsgərov bir-birinə savaş elan edib
Etibar Pirverdiyevlə Marlen Əsgərov bir-birinə savaş elan edib18-05-2016, 10:01 |
![]() 11 ilə yaxındır ki, В«AzərenerjiВ» ASC-nin vitse-prezidenti postunda təmsil olunan Marlen Əsgərov deyəsən, artıq Etibar Pirverdiyevin yerinə iddialıdır. Belə ki, vitse-prezidentin son dövrlər qurum daxilində mövqelərini kifayət qədər möhkəmləndirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Marlen Əsgərovun çoxdan təqaüd yaşının çatmasına baxmayaraq, hələ də В«AzərenerjiВ» ASC-nin rəhbərliyində təmsil olunması bir sıra maraqlı məqamlardan xəbər verir. Marlen Əsgərovun Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə sıx münasibətdə olduğunu qeyd edən mənbə bildirir ki, В«AzərenerjiВ» ASC-nin vitse-prezidenti bundan özünü müdafiə məqsədilə istifadə edir: В«Deyilənlərə görə, təqaüd yaşı çoxdan çatmış Marlen Əsgərov məhz Xoşbəxt Yusifzadə ilə yaxınlığını önə sürərək indiyədək В«AzərenerjiВ» ASC-nin vitse-prezidenti postunda qalmağı bacarıb. Qeyd olunur ki, o, bu yaxınlıqdan yararlanaraq Etibar Pirverdiyevin yerinə gəlməyi planlaşdırırВ». Əldə etdiyimiz bilgilərdə o da vurğulanır ki, В«AzərenerjiВ»də yer alan davamlı yanacaq, yəni qaz və mazut əməliyyatları hələ ki, Marlen Əsgərovun nəzarətindədir: В«Söhbət ölkənin qazla və mazutla işləyən istilik elektrik stansiyalarına ayrılan xammal kvotalarının təyinatı üzrə və düzgün istifadəsindən gedir. Deyilənlərə görə, В«AzərenerjiВ» ASC-nin vitse-prezidenti hər il bu tip əməliyyatlardan külli miqdarda gəlir əldə edir. İş o yerə çatıb ki, sahib olduğu kapitalın həcminə görə, Marlen Əsgərov Etibar Pirverdiyevi belə, arxada qoyub. Ümumiyyətlə, Marlen Əsgərovun adı son zamanlar bir sıra xoşagəlməz məqamlarla hallanır. Bildirilir ki, ASC-də cərəyan edən problemlərin səbəbkarı kimi əsasən Etibar Pirverdiyevin adı çəkilsə də, Marlen Əsgərov müxtəlif yollara baş vuraraq kənarda qalmağa, özünü sığortalamağa müvəffəq olubВ». Bu arada, В«AzərenerjiВ» ASC-nin daxili imkanları hesabına Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birində 10 aqreqat olmaqla, hər birinin gücü 87 meqavat olmaqla, Bakıda isə 12 aqreqatdan ibarət 104 MVt gücündə, ümumilikdə isə qoyuluş gücü 452 MVt təşkil edən 52 aqreqatdan ibarət elektrik stansiyalarının tikintisinin məhz Marlen Əsgərovun nəzarəti altında həyata keçirildiyini deyən məlumatlı şəxsin sözlərinə görə, məhz bu layihələrin hesabına Marlen Əsgərov xeyli vəsait əldə edib: В«Deyilənlərə görə, В«AzərenerjiВ»nin vitse-prezidenti bir müddət əvvələ kimi rayonlarda milyon metrlərlə elektrik naqilinin dəyişdirilməsi işindən xeyli qabağa düşüb. Ümumiyyətlə, əvvəllər elektrik şəbəkələri müdirlərinin özbaşına əməllərinə nəzarət Marlen Əsgərovda olub. Lakin В«AzərenerjiВ»nin səlahiyyətlərinin bir hissəsi В«AzərişıqВ» ASC-yə verildikdən sonra Marlen Əsgərov gəlirlərinin böyük bir hissəsindən məhrum olub. Məhz elə bu səbəbdən də o, əldə olunan gəlirləri Etibar Pirverdiyevlə bölməmək üçün onun yerinə təyinat almağa çalışır. Halbuki bir müddət öncəyə kimi, onların arasından su keçmirdi. İndi isə maraqları toqquşduğundan artıq Etibar Pirverdiyevlə Marlen Əsgərov bir-birinə savaş elan edib. Bunun nə ilə nəticələnəyini demək çətin olsa da, görünən odur ki, В«AzərenerjiВ»nin prezidenti bu savaşdan məğlub ayrılmaq niyyətində deyil. Odur ki, o, əlaqələrini işə salaraq yaşlı kadrın – Marlen Əsgərovun təqaüdə göndərilməsinə çalışırВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |