Əsas Səhifə > Hadisə, Manşet > Hansı icra başçıları kabinetlərini boşaltmaqdadırlar...

Hansı icra başçıları kabinetlərini boşaltmaqdadırlar...


17-05-2016, 09:02
Hansı icra başçıları kabinetlərini boşaltmaqdadırlar...
Mart ayından başlayan proses icra başçılarını hələ də narahat etməkdədir. Bir neçə rayonun icra başçısının dəyişməsi, onların yerinə təyinatın aparılması prosesin yekunlaşması anlamına gəlmir. Əksinə, böyük əksəriyyət o fikirdədirlər ki, yaxın vaxtlarda daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq. Onların bəzilərinə vəzifə veriləcəyi deyilsə də, bəziləri ümumiyyətlə, sistemdən çıxarılacağını düşünür.
Hakimiyyət dairələrinin yollarını ayırmaq istədikləri icra başçılarından biri Daşkəsənin icra başçısı Əhəd Abıyevdir. Abıyev özü də rayonunu dəyişməkdə maraqlıdır.
Astaranın icra başçısı Qəzənfər Ağayev isə yerindən tərpənmək fikrində deyil. O işlərində ciddi nbqsanlara yol verməklə yanaşı, həm də özünün siyasi savadsızlığı ilə seçilir.
Elxan Usubov Şəkiyə icra başçısı təyin olunandan sonra vəziyyətin düzələcəyi əmələ gəlmir. Əksinə, icra başçısı əhaliyə qarşı sərt davranmağa başlayır. Bu da onun yuxarıların diqqət mərkəzinə düşmələrinə şərait yaradır.
Ağcabədinin icra başçısı Şahin Məmmədov isə sözün həqiqi mənasında günlərini sayır. O yaxşı bilir ki, bu idarəçiliklə yaşamaq mümkün deyil və insanların narazılığı artdıqca onun da karyerası biabırçı şəkildə sıradan çıxır. Şahin Məmmədov bütün bunları nəzərə alaraq, indidən hazırlıqlarını görməyə başlayıb

Geri qayıt