Əsas Səhifə > Hadisə, Manşet > Cahangir Hacıyevdən qalma daha bir cinayət yuvası...
Cahangir Hacıyevdən qalma daha bir cinayət yuvası...10-05-2016, 09:02 |
Son bir ildə ölkədə baş verən iqtsadi proseslər, eyni zamanda MTN ətrafında baş verən olaylar Beynəlxalq Bankdan da yan keçmədi. Bankda milyonlarla vəsaitin mənimsənildiyi, külli miqdarda maliyyə maxinasiyaların reallaşdırıldığı üzə çıxdı. Beynəlxalq Bankın əvvəlki nüfuzunun bərpa olunması üçün ciddi islahatlar başladı. Prezident İlham Əliyev ötən ilin iyulun 15-də Beynəlxalq Bankın sağlamlaşdırılması və dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanmasıyla bağlı fərman imzaladı. Bu bankın həyatında yeni bir səhifənin açılması demək idi. Daha sonra Azərbaycan Beynəlxalq Banka yeni sədr təyin edilib. Bu, daha öncə Kapital Bank və Azər-Türk Bankın İdarə Heyətinə rəhbərlik etmiş Elmar Məmmədov oldu. Sonrakı proseslər onu göstərdi ki, yeni, təcrübəli sədrin təyinatı Bankı inkişafında xüsusi rolu oldu. Bütün bu islahatlara, həyata keçirilən təxirəsalınmaz tədbirlərə baxmayaraq bankın bəzi filial rəhbərləri özlərinin keçmiş MTN-çi “krişaları”nın tapşırıqlarını və taktiki gedişatlarını reallaşdırmaqdadırlar. Ümumiyyətlə Beynəlxalq Bankın region filialları ilə bağlı 7news.az redaksiyasına müxtəlif şikayət dolu məktublar daxil olmaqdadır. Biz də redaksiya olaraq daxil olan məktubların faktlılığına və ictimai əhəmiyyətinə baxaraq dərcinə qərar verərik. Redaksiyamıza Beynəlxalq Bankın Mingəçevir filialı ilə bağlı müxtəlif istiqamətlər üzrə şikayətlər daxil olub. Müraciətdə deyilir ki, 4 il bankda sıradan bir vəzifədə çalışan İsmayılov Ramil Vahid oğlunun Beynəlxalq Bankın Mingəçevir filialına müdir təyinatından sonra Bank demək olar ki, öz tarixində ən biyabırçı anları yaşayır. Beynəlxalq Bankın təhlükəsizlik sistmində çalışan, (adını dəqiqləşdirmə apardığımız üçün hələ açıqlamırıq) keçmiş MTN-çi məmurun himayəsi ilə filial müdiri təyin olunan Ramil İsmayılov Bankın olan-qalan nüfuzunu da “xərcləyib”. Adını açıqlamadığımız bu şəxsin keşmiş MTN naziri Eldar Mamudovun adamı olduğu iddia edilir. Pensiyaçılar təngə gəlib... Məlumatda qeyd olunur ki, birbaşa ölkə rəhbərliyinin tapşırığına zidd gedən filial müdiri Ramil İsmayılov qanunsuz olaraq pensiya kartlarından vəsaitin tutulmasına göstəriş verib. Eyni zamanda qeyd olunur ki, bu tutulmalar məhkəmə qərarı olmadan həyata keçirilir. Yararsız əskinsazlar bankomata yerləşdirilir... Daxil olan məlumatın ən ciddi tərəflərindən biri də “cırılmış”, yararsız əskinasların bankomatdan çıxması ilə bağlıdır. Belə ki, onlarla vətəndaş kart vasitəsi ilə pullarını bankomatdan çıxardıqda onların arasında cırılmış, korlanmış əskinaslara rast gəliblər. Məsələ ilə bağlı banka gedərək narazılıq edən vətəndaşalara isə bir söz deyilir: MÜDİR DƏYİŞMƏYƏ İCAZƏ VERMİR. Buradan isə belə qənata gəlmək olar ki, filial müdiri onsuz da devolvasiyadan əziyyət çəkən, əsəbləri tarıma çəkilən sadə insanları qəsdən dövlətə qarşı qaldırır. Qarabağ Qaziləri, şəhid ailələri, veteranlar təhqir olunur... Vətənin azadlığı uğrunda döyüşərək şəhid və ya əlil olan igidlərimizin ailələri də Beynəlxalq Bankın Mingəçevir filialının müdirinin özbaşınalığına görə intihar həddinə çatıblar. Belə ki, şəhid ailəsindən olan bir qadın bankın haqsızlığı ucbatından üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Xöşbəxtlikdən ətrafdakı insanların vaxtında müdaxiləsi intiharın qarşısını alıb. Qarabağ qazisi ilə filial müdirinin davası isə sonda RAYON POLİS BÖLMƏSİNDƏ BAŞA ÇATIB. Şahidlərin dediklərinə görə filial müdiri Ramil İsmayılov da şöbəyə gətirilərək Qarabağ qazisi ilə üzləşdirilib. Beynəlxalq Bankın Mingəçevir filialında “ŞAPKA” biznesi... Beynəlxalq Bankın Mingəçevir filialına 4 il kiçik kredit mütəxəsisinin müdir təyin edilməsi “ŞAPKA” biznesində də özünü göstərib. Belə ki, məqsədindən asılı olmayaraq kredit götürən bütün vətəndaşlardan əvvəlcədən müəyyən edilmiş faizdə “ŞAPKA” istənilir. Təbii ki, bununla razılaşmayanlar kreditə də həsrət qalırlar. Filialda təcrübəli işçilər sıxışdırılır... Bankda ən ciddi nöqsanlardan biri də təcrübəsi az olan müdirin təcrübəli işçilərin axırına çıxma siyasətidir. Məlumatda qeyd olunur ki, yeni müdir öz maxinasiyalarının ifşasından qorxduğu üçün təcrübəli işçilərə “torba” tikməklə məşğuldu. Hətta Ramil İsmayılov bir işçini azad etsə də, sonradan bu işçi məhkəmə yolu ilə bərpa olunmağa müvəffəq olmuşdur. Qısa zamanda 90 minlik ev... Ötən ilin dekabr ayından filial müdiri təyin olunan Ramil İsmayılovun 6 aylıq maliyyə maxinasiyaları o qədər “məhsuldar” olub ki, Mingəçevirin ən bahalı yerində, Kür sahilində tikilən binadan özünə ev alıb. Məlumatda qeyd olunur şəhərin bu nötəsində təmirli evin qiyməti 70-120 min arasıdır. Yuxarıdakıları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Beynəlxalq Bankın qısa zaman kəsiyində qazandığı ciddi uğurları Mingəçevir filialı “xərcləməkdə” qərarlıdır. Yazını dərc etmədən öncə Mingəçevir filialı ilə nə qədər əlaqə saxlamağa ((994 147) 4-00-54) çalışsaq da cəhdimiz boşa çıxdı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. QEYD: Beynəlxalq Bankın Mingəçevir filialının müdiri ilə bağlı 7news.az redaksiyasına daha bir biyabırçı məlumat daxil olub. Dəqiqləşmə apardıqdan sonra yaxın zamanlarda dərc edəcəyik. Geri qayıt |