Əsas Səhifə > Hadisə, Manşet > 1 günlük dərsə gecikməyə görə bir aylıq maaşı kəsirlər...
1 günlük dərsə gecikməyə görə bir aylıq maaşı kəsirlər...6-05-2016, 09:22 |
Ötən günlərdə 12 saylı Regional Maliyyə Mərkəzinin özbaşınalığı ilə bağlı məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, Elxan Əsədovun rəhbəri olduğu qurum Beyləqan və ətraf rayonlardakı təhsil işçilərinə qənim kəsilib. Belə ki, guya, dərs saatlarını yoxlama adı altında müəllimlərin 1 günlük dərsə gecikmələrinə görə, bir aylıq maaşlarını kəsirlər. Və ya hazırda süpürgəçidən tutmuş, dəstə rəhbərlərinə qədər hər kəsin maaşlarının verilməsini dayandırıblar. Qeyd edək ki, bu özbaşınalıqların altında nələrin gizləndiyi hələlik heç kimə məlum deyil. Durumun vahiməli tərəfi isə odur ki, proses getdikcə daha total şəkil almağa başlayıb və narazılar da durmadan artır. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin direktoru Elxan Əsədovun iqtisadiyyat haqqında bilgiləri ya yoxdur, ya da bəsit formadadır. Amma bütün bunlara baxmayaraq, ideyalarını reallaşdırmaq üçün bütün vasitələrə baş vurur. Nəticədə isə təhsil işçiləri əziyyət çəkməyə başlayır. Elxan Əsədovun eksperimentlərindən əziyyət çəkən müəllimlər isə JAM.AZ-a müraciət edərək, onlara yardımçı olmağımızı istəyirlər. Belə ki, artıq Beyləqan Şahmat Məktəbinin bir neçə müəllimi müraciət edərək, başlarına gətirilmiş oyunlardan bəhs ediblər. Bu məktəbdə uzun illərdən bəri müəllim olaraq çalışan Bilman müəllim əməkdaşımızla söhbət zamanı bildirib ki, o, Elxan Əsədovun tamahının qurbanı olub. Belə ki, idarə rəisi Elman Əsədov işlədiyi Beyləqan Şahmat Məktəbinə gəlib. Həmin vaxt Bilman müəllim ailəsində yaşanan problelərdən dolayı 1 gün işə gəlməyibmiş. Elxan Əsədov da bundan istifadə edərək, müəllimin 1 aylaq maaşının kəsilməsi barədə göstəriş verib. Qeyd edək ki, Elxan Əsədovun bu «cəza tədbirləri» qanunvericiliklə qadağan olunub. Həmçinin baş verənlərdən o da başa düşülür ki, 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin direktorunun əmək qanunvericiliyindən də xəbəri yoxdur. Əgər işçi bir gün işdə olmayıbsa, onu işdən çıxarmaq qadağandır. Ona görə ki, bir gün işdə olmayan şəxsə xəbərdarlıq olunmalıdır. Müəyyən vaxt içində belə hallar bir neçə dəfə təkrar olunarsa, öncə töhmət verilməsi, daha sonra isə işdən azad oluna bilər. Hətta bu zaman belə Həmkarlar İttifaqının qərar verməsi mütləqdir. Görünür, Elxan Əsədov üçün bütün bunların heç bir əhəmiyyəti yoxdur. Onun üçün maraqlı olan məsələ bəhanə taparaq, kasıb müəllimin maaşını kəsməkdir ki, bu da qanunsuzluqdur. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |