Əsas Səhifə > Hadisə, Manşet > «GM Azərbaycan»ın rəhbərina qarşı yeni iddialar

«GM Azərbaycan»ın rəhbərina qarşı yeni iddialar


19-04-2016, 09:10
«GM Azərbaycan»ın rəhbərina qarşı yeni iddialar
Ötən günlərdə Azərbaycanda baş vermiş və uzun illər gizli saxlanılmış bir məsələ barəsində məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatda vurğulanırdı ki, «General Motors Azərbaycan» şirkətinin rəhbəri və qurucusu Qalib Məmmədov hələ 1997-ci ildə müdhiş bir maxinasiyaya imza atıb.
Məlumatda qeyd edilirdi ki, Qalib Məmmədov sözügedən şirkəti heç də öz qazandığı pullarla deyil, başqa bir adamın adına çıxardığı külli miqdarda dövlət vəsaiti hesabına yaradıb. Bildirilirdi ki, 1997-98-ci illərdə sözügedən iş adamı Masallı rayonunun Ərkivan qəsəbəsi sakini Ağəddin Xalıq oğlu Əliyevin adına külli miqdarda pul götürür. Bir müddət sonra ödəni vaxtı çatdığında həmin pulları verməmək üçün Ağəddin Əliyevi ölkədən qaçırır. Türkiyədə yerləşdirdiyi adamına bir müddət sonra qardaş ölkənin vətəndaşlığını və pasportunu da alır. Hətta onun adını belə dəyişdirir. Hazırda həmin şəxs axtarışda olsa belə, Azərbaycana başqa ad altında istədiyi vaxt gəlib gedə bilir. Qaçırılan və Qalib Məmmədovun qismən şəriki olan Əliyev, hazırda Əlisoy soyadıyla ölkəyə daxil olur.
Qeyd edək ki, Qalib Məmmədov bu sirri uzun müddət saxlasa da, Eldar Mahmudovun adamları məsələni aydınlaşdıra bilirlər. Qısa müddətdə iş adamı MTN-in nəzarəti altına düşür və ona şərt qoyulur: «Nazirlə şəriklik». Təbii ki, bu qədər imkanı əldə etdiyi halda Eldar Mahmudov kimi biriylə şəriklik onun işinə yarayır.
JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Bakıda avtomobil biznesindən tutmuş, bina tikintisinə qədər bütün işlərlə məşğul olan Qalib Məmmədov xeyli müddət hakimiyyətdə təmsil olunan başqa bir önəmli fiqurun adını çəkirmiş. Daha doğrusu, «General Motors»un Azərbaycandakı nümayəndəsi mütəmadi olaraq prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi, general Bəylər Əyyubovun himayəsində olduğunu deyirmiş. Əslində isə Əyyubovla Məmmədovu yaxından və uzaqdan heç bir bir şey bağlamırdı. Əksinə, sözügedən şəxs bununla bleflər edərək, özünü qorumağa çalışırmış.
JAM.AZ hal hazırda Qalib Məmmədovun başqa bir qalmaqallı işinin üstünü açıb. Məlum olub ki, Eldar Mahmudov erası bitdikdən sonra ciddi şəkildə narahat olan şirkət rəhbəri, xidmət rəislərindən birinə də düşmən kəsilib. Maraqlı məqamlardan biri də odur ki, keçmiş MTN şefi işdən çıxarıldıqdan sonra iş adamı həmin xidmət rəisinin əleyhinə bir sıra kampaniyalar həyata keçirib. Hətta onun haqqında mətbuatda məlumatlar yaydıracaq qədər cəsarətli addımlar atıb.
Tərəflər arasında yaşanmış bu qalmaqalın və aqressiyanın səbəbləri bizə məlum olmasa da, belə bir ehtimal var ki, xidmət rəisi də onun sirrini bildiyi üçün Qalib Məmmədov ciddi narahatlıq keçirib. Və qarşılığı olaraq, adekvat addımlar atmağa başlayıb və həmin xidmət rəisini gözdən salmaq üçün əl altdan işlər görməyə başlayıb.
Qeyd edək ki, sözügedən xidmət rəisinin adı bizə məlumdur. Lakin bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq. Amma yaxın günlərdə baş verənlər və həmin adla bağlı geniş açıqlama verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt