Əsas Səhifə > Hadisə, Manşet > Erməniyə yardım edən bank Bakıda meydan sulayır...
Erməniyə yardım edən bank Bakıda meydan sulayır...12-04-2016, 10:16 |
Rusiya dövlət mətbuatının məlumatına əsasən Rusiyanın VTB Qrupuna məxsus olan Bank VTB (Ermənistan) 1-7 aprel arası Qarabağda məhv edilmiş erməni işğalçılarının ailələrinin kredit borclarını bağışlayıb (http://ria.ru/economy/20160408/1405450767.html). İctimaiyyətimiz bu xəbərə kəskin etirazını bildirib. Nəticədə əvvəlcə bildirildi ki, guya Ermənistan VTB-nin qərarı dəyişdirilib (http://fins.az/…/VTB_Bank_qerarini_deyisdi___AZARBAYCANDAN_…). İndi isə VTB-nin mətbuat xidmətinə istinadən xəbər verilir ki, guya məlumat ümumiyyətlə həqiqətə uyğun deyil (http://az.trend.az/business/economy/2518071.html). Fikir verin, VTB-yə "haqq qazandıran" hər iki məlumatı aldadılmış Azərbaycan mətbuatı verib. Yəni nə Ermənistan, nə də Rusiya mətbuatı qərarın ləğvi və ya ümumiyyətlə olmadığı haqda məlumat vermir. Əksinə, həm Rusiya, həm də Ermənistan mətbuatında sözügedən borcların bağışlanması haqda xəbər indiyədək qalmaqdadır. Buna görə də yerli VTB-yə və yerli mətbuatımızın məlumatlarına inanmayın! İnternetdə “ВТБ Карабах” sözlərini son 3-4 gün üçün axtarışa versəz, görərsiniz ki, yalnız ermənilərə borcların bağışlanması qərarı barədə məlumat çıxır. Qərarın ləğvi haqda və ya məlumatın doğru olmadığı haqda heç nə çıxmır (təbii, bəzi bizim KİV-lərdən başqa)! Əgər xəbər yalandırsa, niyə VTB-nin Moskvadakı baş ofisi rəsmi bəyanat vermir? Niyə Rusiyanın dövlət mətbuatı “yanlış” məlumatının təkzibini vermir? Niyə VTB Rusiya KİV-lərindən təkzib tələb etmir? Bəlkə ona görə ki, xəbər doğrudur və sadəcə VTB-nin Bakı ofisi bizim başımızı aldadır?! Niyə? Ona görə ki, müştərilərini itirməkdən, verdiyi kreditlərin qaytarılmayacağından qorxur. Pulunun erməni işğalçılarının maliyyələşdirilməsinə sərf olunduğunu bilən xalqımız VTB ilə necə əməkdşlıq edə bilər axı?! Onu da vurğulayım ki, erməni işğalçılarının ailələrinin borclarının bağışlanması haqda qərar İrəvanda deyil, Moskvada qəbul edilib. Belə ki, Bank VTB (Ermənistan)-nın nizamnaməsinin (http://ru.vtb.am/about/OfficialDocs/ustav2015.pdf) 12.13-cü bəndinin XXVII hissəsinə əsasən borcların bağışlanması haqda qərarın qəbul edilməsi səlahiyyəti, bir qayda olaraq, həmin Bankın Şurasına məxsusdur. Həmin Şuranın tərkibinə isə Rusiya vətəndaşı olan və VTB-nin Moskvadakı baş ofisində çalışan 4 şəxs daxildir (http://ru.vtb.am/about/council/). Yəni belə qərar yalnız Moskvada qəbul edilə bilərdi. Təsadüfi deyil ki, qərar haqda məlumatı o cümlədən Rusiyanın aparıcı dövlət mətbuatı olan RİA Novosti (http://ria.ru/) verib. Buna görə də həm dövlətimiz, həm də ictimaiyyətimiz VTB-yə qarşı adekvat tədbirlər həyata keçirməlidir. Ya VTB qərarın olmadığını və ya ləğvini rəsmi bəyan və Rusiya mətbuatında dərc etsin, ya da VTB ilə əməkdaşlığımıza son verməliyik. İrəli! P.S. Xatırladıram ki, VTB-nin səhmlərinin 3%-i ona 500 mln dollar sərmayə qoymuş Neft Fondumuza məxsusdur. Lakin Bank VTB (Azərbaycan) analoji addımı ataraq şəhid ailələrimizə dəstək olmayıb. Halbuki, bu daha düzgün və məntiqli olardı, çünki Ermənistandakı VTB formal olaraq Qarabağda fəaliyyət göstərmir. Göstərirsə, lap pis... Əkrəm Həsənov, bank işi üzrə tanınmış ekspert Geri qayıt |