Əsas Səhifə > Hadisə, Manşet > Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə...

Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə...


1-04-2016, 10:38
Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə...
DİA.AZ: - Son zamanlar barəsində ən çox şikayət olunan icra başçılarından biri Gədəbəyin RİH rəhbəri Ramiz Yediyarovdur. Qeyd edək ki, bu günə qədər yerli KİV-lərdə yer alan materiallardan belə bir təəssürat yaranır ki, əsasən "sahibkarların qənimi" kimi ad çıxarmış Yediyarova kimsə "gözün üstündə qaşın var" deyə bilməz. Doğrudandamı, bu belədir?

DİA.AZ bildirir ki, hər halda, görünəni belədir və Maliyyə Nazirliyinin rəhbərliyində qərarlaşan himayədarları hesabına meydan sulayan və hətta obyektini uçurduğu sahibkarları ölüm həddinə qədər çatdıran Ramiz Yediyarov zaman-zaman "toxunulmaz icra başçısı" statusuna yiyələnə bilib.

Bununla bağlı dia-az.site-a danışan hökumətdəki məlumatlı mənbə bildirir ki, bütün bunlar reallıqdan uzaqdır: "Təbii ki, hər bir icra başçısının söykəndiyi, istinad etdiyi qüvvə var. Amma Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə olaraq hər dəfəsində şansı yavər gətirib və bu gün onu himayə edən qüvvələr kifayət qədər etibarlı fiqur hesab olunduqlarından onunla bağlı da qəti qərarın çıxarılması ertələnməkdədir".

Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə...

Mənbə dia-az.site-a bildirir ki, amma yaxın günlərdə Gədəbəy rayonun rəhbərliyinə əı gədiriləcək: "Konkret olaraq bir neçə rayonun başçısının vəzifəsindən azad edilməsi gözlənilir. Onların arasında Yediyarov da var. Lakin bu dəfə də yeni təyinat ola bilər. Yəni gözlənilir ki, Yediyarov paytaxt rayonlarından birinin rəhbərliyinə gətirilsin".

Geri qayıt