Əsas Səhifə > Hadisə, Manşet > Şəmkir sakinləri Novruz Bayramını zülmətdə keçirəsi oldu...
Şəmkir sakinləri Novruz Bayramını zülmətdə keçirəsi oldu...22-03-2016, 10:58 |
Novruz bayramının ilk günləri Şəmkir rayonunun bir sıra kəndləri işıqsız qalıb. Belə ki, rayonun Qasım İsmayılov, Qaralar, Qılıncbəyli, Qapanlı kəndlərində elektrik enerjisinin verilişi uzun fasilələrlə dayandırılıb. Sakinlər bayram axşamını şam işığında qeyd etmək məcburiyyətində qalıblar. Şəmkir elektrikşəbəkədən bildirilib ki, işıqsızlığa səbəb əsas naqil dirəklərində nasazlığın olmasıdır. Sakinlər isə bu iddianın absurd olduģunu vurğulayıblar. Onlar iddia edir ki, martın 19-dan 21-nə kimi havalar bu zonada heç də qeyri-stabil keçməyib ki, naqil dirəklərində fövqəladə hal yaşansın. DİA.AZ-a Şəmkirdən daxil olan vətəndaş müraciətində qeyd olunur ki, sakinlər bayram günü elektriklərin verilməməsinə görə, yerli icra hakimiyyətinə də şikayət ediblər və hətta bu gün səhər saatlarına bir neçə şəmkirli icra hakimiyyətində olsalar da, onlara rəhbərlikdən kimsənin olmadığı bildirilib. Görünəni odur ki, Novruz Bayramını çox güman Bakıda qeyd edən Şəmkir Rİh rəhbəri Alimpaşa Məmmədov üçün sakinlərin hansı şəraitdə bayramı qarşılamaları bir o qədər də maraqlı deyil... Geri qayıt |